Jalüz məsələsində müəmma: Yol polisi isə “qanunları icra edirik” deyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Jalüz məsələsində müəmma: Yol polisi isə “qanunları icra edirik” deyir

Azərbaycanda avtomobillərin arxa sağ və sol şüşələrində jalüzlərdən istifadəyə etməyə ilin müəyyən fəsillərində, mayın 1-dən noyabrın 15-nə qədər olan müddətə qədər icazə verilir.

Bu müddət ərzində sürücülər avtomobillərinin arxa şüşələrində standarlara uyğun olan jalüzlərdən istifadə edə bilərlər. Tətbiq edilən bu qanun ölkədə narazılıqla qarşılanır. Avtomobillərin arxa şüşələrində jalüzdən istifadənin mövsümü olmasının nə anlamı var? Əgər bu təhlükəsizliklik baxımından düşünülürsə nəyə görə müəyyən müddətdə icazə verilir?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib ki,standarların tələbinə görə yalnız mayın 1-dən noyabrın 15-ə qədər avtomobillərin arxa şüşələrində jalüzlələrin istifadəsinə icazə verilir.

"Mən qanunu müzakirə edə bilmərəm, qanunvericilikdə tələb nədirsə bizim də vəzifəmiz qanunvericiliyin tələblərini icra etməkdir. Əgər nə vaxtsa qanunvericilikdə belə bir dəyişiklik olarsa, bu tələb aradan götürülərsə, o halda əlbəttə, biz qanunvericiliyə uyğun olaraq hərəkət edəcəyik. Sürücülərin bununla bağlı polisi günahkar görməsi düzgün deyil, biz qanunları icra edirik”.

Nəqliyat üzrə ekspert Ərşad Hüseynov deyib ki, hazırda Azərbaycanda qüvvədə olan yanaşma, standart daha çox sovet dövründən qalanı xatırladır.

"Dünyanın əksər ölkələrində Avropa İqtisadi Komissiyasının qəbul etdiyi beynəlxalq standart tətbiq olunur. Həmin standart bu məsələyə tamamilə başqa cür yanaşır.

AVS122-2004 standartı var, həmin standart Azərbaycanda tətbiq olunur. Bu standarda görə avtomobillərdə zavod istehsalı olan jalüzlərin istifadəsinə yalnız ilin bəzi fəzillərində icazə verilir. Avropa İqtisadi Komissiyasının 43 saylı qaydası var, həmin qaydada göstərilir ki, sükan arxasında əyləşən sürücünün kürəyindən arxada qalan şüşələr üçün heç bir məhdudiyyət yoxdur. Bu, il boyu belədir. Burada pərdəyə də hansısa məhdudiyyət yoxdur, sərnişin istədiyi vaxt açar, istədiyi vaxt bağlayar.

Mən düşünürəm ki, dünyanın əksər ölkələrində qəbul edilən bu standartı Azərbaycanda da olduğu kimi tətbiq etmək lazımdır. Çünki sürücüdən arxada qalan şüşələrin təhlükəsizlik üçün elə bir önəmi yoxdur, bundan başqa da elə avtomobillər var ki, orada sürücüdən arxada şüşə olmur”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 545 31.03.18 20:31