Bir müəllimənin əməliyyata girərkən atdığı ibrətamiz hərəkəti ətrafdakıların, ələlxüsus, həkimlərin təəccübünə səbəb olub.
Mingəçevir sakini, 40 ildən artıqdır pedaqoq kimi çalışan 65 yaşlı müəllimə Səxavət Məmmədquliyeva narkoz zamanı şagirdlərinə dərs izah edib. Milli.Az-a açıqlama verən müəllimə hadisəyə bu cür rəy bildirib:
"Narkoz zamanı çətin həndəsi məsələ üzərində fikirləşib, həllini tapandan sonra onu şagirdlərimə aydın başa salmaq üçün daha asan üsullar axtarmağa başladım. Öz-özümə təlaş keçirirdim ki, şagirdlərim bunu anlamaqda çətinlik çəkəcək, çətin tapşırıqdır. Ona görə də əməliyyata girməmişdən öncə bunu onlara izah etdim".
Əksər insanların narkozun təsiri ilə qaranlıq tunel, ölülər, hətta gələcəyini gördüyü halda, fədakar müəllimənin söylədikləri onu dinləyənləri müəllim peşəsinə bir daha qibtə etdirib