Səbail rayonu, Bayıl qəsəbəsində yeni doğulmuş körpə meyiti tapılıb.
Parçaya bükülmüş oğlan uşağının meyitini yerli sakinlər aşkar edib və dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gələn 8-ci Polis Bölməsinin əməkdaşları körpənin meyitini Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Səbail rayon şöbəsinə təhvil veriblər.
Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırmalara başlanılıb.//olke.az