Şeyxin qudası tanınmış aviatorun bağ evini zəbt edib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Şeyxin qudası tanınmış aviatorun bağ evini zəbt edib - FOTO

Nurid Əliyev: “Dövlət məmurlarının dəstəyi olmasaydı, Qalib Salahzadənin bu cür əməlləri görməyə hünəri çatmazdı”
Şeyxin qudası Qalib Salahzadə daha bir vətəndaşın mülkiyyət hüququnu qəsb edib, bağ evini özülünə qədər dağıdıb. Zərərçəkmiş Nurid Əliyevin sözlərindən belə aydın olur ki, Bakının Bilgəh qəsəbəsində konstitusiyasının mülkiyyət hüququnu təsbit edən maddəsi fəaliyyətini dayandırıb.

Nurid Əliyevin sözlərinə görə, bağ evi ona babası Nuriddin Məcid oğlu Əliyevdən qalıb. Nuriddin Əliyevə isə həmin bağ evini mərhum prezident Heydər Əliyev bağışlayıbmış: “Babam İkinci Dünya müharibəsinin iştirakçısı olub. Polkovnik, SSR-in əməkdar təyyarəçisi idi. Döyüşdə göstərdiyi cəsarət və qəhrəmanlığa görə ”Qırmızı Döyüş Bayrağı", “Qırmızı Ulduz” ordenləri ilə təltif olunub. “Lenin”, “Oktyabr inqilabı” ordenlərinin laureatı olub. Dəfələrlə Heydər Əliyev tərəfindən mükafatlandırılıb. 20 ilə yaxın Azərbaycan Mülki Aviasiya İdarəsinin rəisi olub. Bu torpağı babama xidmətlərinə görə ulu öndər verib. Babamdan atama, atamdan da mənə miras qalıb".

“Qalib Salahzadə dəfələrlə bizə maşınla su gətirərdi”

N.Əliyevin sözlərinə görə, onun bağ evini söküb özünün nənəsinin adına rəsmiləşdirən Qalib Salahzadə onların bağ evinə əvvəllər ara-sıra gəlib: “Atam sağ olanda Qalib Salahzadə dəfələrlə bizə maşınla su gətirərdi. O vaxt belə deyildi, Bakının hər tərəfində daimi su olmurdu, su problemi vardı. Belə gediş-gəlişlərində Qalib Salahzadə atamdan xahiş edirdi ki, ona yaxınlıqda torpaq sahəsi verilməsinə kömək etsin. Atam ona  yaxınlıqda torpaq sahəsi verilməsinə kömək etdi. İllər keçdi, atam rəhmətə getdi. Bundan sonra mən bağa evimə az-az gedirdim. Qalib Salahzadə məni Bilgəhdə hər dəfə görəndə ”birdən bağı satmaq istəyərsən, adam ata mülkünü satmaz, bu torpaq sənə babandan qalıb, səndən də uşaqlarına qalacaq" deyirdi.

“Bilir ki, o bağı babama Heydər Əliyev verib”

N.Əliyevin sözlərinə görə, heç vaxt ağlına belə gətirməyib ki, nə vaxtsa Qalib Salahzadə onun bağ evini zəbt edər: “Qalib Salahzadə çox yaxşı bilir ki, bağ babamdan qalıb. Bilir ki, o bağı babama Heydər Əliyev verib. Onun bunları bildiyi halda bu cür qanunsuzluğa qol qoyacağını heç ağlıma belə gətirməzdim. 2012-ci ildə bağ qonşum Seymur Quliyev mənə zəng etdi. Dedi ki, bağ evinin hasarını Qalib Salahzadə söküb. İnanmadım. Dedim ki, bu mümkün olan şey deyil. Əraziyə gəlib hər şeyi aydınlaşdırana qədər də belə idi”.

“Qalib Salahzadə bizim bağ evlərini yerlə bir etdi”

N.Əliyev deyir ki, onun torpaq sahəsi ilə yanaşı qonşusu Seymur Quliyevin də bağ evi eyni qaydada zəbt olunub, qonşular birgə məhkəmələrdə mülkiyyət hüquqları uğrunda mübarizəyə qalxıblar: “Həmin günlərdə Qalib Salahzadə qonşum Seymur Quliyevin də bağ evini ələ keçirmək üçün hərəkətə keçmişdi. Bilgəh bələdiyyəsindən bir saxta sənəd ortaya atmışdı ki, guya Seymur Quliyevin bağ evi bələdiyyə torpağıdır, həmin torpağı da bələdiyyə onun gəlininə verib. Həmin sənədin saxta olduğu məhkəmədə təsdiqini tapdı.

Buna baxmayaraq, Qalib Salahzadə Seymur Quliyevin 3 mərtəbəli bağ evini darmadağın etdi. Bu gün də Seymur Quliyev özünün bağ torpaq sahəsinə gedə bilmir. Yola bir darvaza qoyublar və yolu, sadəcə, bağlayıblar. Seymur Quliyevin də, mənim də əlimizdə bağ torpaq sahələrinin mülkiyyətimizdə olmasını təsdiqləyən sənədlər var. Qalib Salahzadə Bilgəhdə özünü qanundan üstün sayır. Mənim barəmdə də 14-cü polis bölməsinə şikayət etmişdi. Bölməyə şikayətdə yazmışdılar ki, guya mən Kubra Mirəbdül qızı Camalovanın torpağını zəbt etmişəm. Bölmədən mənə zəng olundu. Araşdırdılar. Məlum oldu ki, Kubra Camalova Qalib Salahzadənin nənəsidir, illər əvvəl dünyasını dəyişib. Ölən nənəsinin adına saxta sənədlər düzəldiblər.

Qalib SalahzadÉ Seymur Quliyevin 3 mÉrtÉbÉli baÄ evini ile ilgili görsel sonucu

Buna baxmayaraq, sənədlərin saxtalaşdırılması məsələsini araşdıran olmadı. Bu saxtakarlıq ifşa olunandan sonra Bakı Şəhər İcra Hakimiyyəti ”İnşaatservisez" tikinti şirkətinə sərəncam verdi, bizim torpağı da həmin sərəncamla şirkətə ayrılan torpağa qatmışdılar. Dövlət Reyestr Xidmətindən mülkiyyətimizə olan torpağa çıxarış alınıb. Bundan sonra Qalib Salahzadə bizim bağ evlərini yerlə bir etdi. Mən  qonşum Seymur Quliyevlə birlikdə vəkil tutub məhkəməyə müraciət etdik. Uzun sürən məhkəmələrdən sonra haqq yerini tutdu. Qalib Salahzadənin əməllərinə heç də təəccüblənmirəm. Onun necə adam olmasını ən azı bütün Bilgəh bilir.

Məni dəhşətə gətirən Hacıbala Abutalıbovun, Reyestr Xidməti rəhbərliyinin, hüquq- mühafizə orqanlarının hərəkətləridir. Qalib Salahzadə nə qədər qanunları ayaq altına atsa da, sonda o da bizim kimi vətəndaşdır. Dövlət məmurlarının dəstəyi olmasaydı, Qalib Salahzadənin bu cür əməlləri görməyə hünəri çatmazdı. Ona görə də üzümü ilk növbədə bu məmurlara tutub deyirəm - siz məmurlar, Hacıbala Abutalıbov, nə əsasla babamdan qalan, dövlətin verdiyi sənədlərlə mülkiyyətimizdə olan evimi başqalarının ixtiyarına verirsiniz? Vicdan, insanlıq qalsın bir tərəfə. Konstitusiya, qanunlar sizin üçün yazılmayıb? Mənimlə nə qərəziniz var? Sizi yüksək vəzifəyə mənim evimin sökülməsi üçün təyin ediblər? Çox arzulayıram ki, adını çəkdiyim şəxslər bu məqaləni oxuyub suallarıma cavab versinlər. Hər halda, nə vaxtsa cavab verəcəklər. Buna çox inanıram. Konstitusiyamız mülkiyyətin toxunmazlığına təminat verirsə, dövlət şəhadətnaməsi ilə üzərində mülkiyyət hüququm təsdiq edilmiş evimi hansı ixtiyarla söküb yerlə bir etmisiniz?"

Qarşı tərəfi də dinləməyə hazırıq. 

//musavat.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 850 27.03.18 12:27