Ömrü uzatmağın asan yolu tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

Ömrü uzatmağın asan yolu tapıldı

ABŞ-ın Dük universitetinin alimləri qısa müddətli fiziki yüklənmənin ürək-damar xəstəlikləri və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını öyrənib.

Araşdırma haqqında elmi məqalə “Journal of the American Heart Association” jurnalında dərc olunub.

Mütəxəssislər yaşı 40-dan yuxarı olan 4840 nəfərin müayinə nəticələrini təhlil edib. Könüllülər üzərində aparılan müşahidələr 2003-2006 illəri əhatə edib. Sınaqlarda iştirak edənlər gündəlik fiziki yüklənmə səviyyəsinin ölçülməsi məqsədilə akselometrlərlə təchiz olunub.

2011-ci ildə onlardan 4140 nəfəri sağ qalıb.

Məlum olub ki, fiziki aktivliyi günə 20 dəqiqədən az olan insanlarda erkən ölüm riski ən yüksək olub. Habelə bir saata yaxın fiziki fəallıq erkən ölüm riskini iki dəfə azaldıb.

Gündəlik 100 dəqiqəlik fiziki yüklənmə bu riski ümumiyyətlə 76 faiz azaldıb. Sınaqda iştirak edən yaşlıların sağlamlığına mütəmadi olaraq lift əvəzinə pilləkanlardan istifadə və sürətli yeriş müsbət təsir göstərib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 897 23.03.18 14:21