Məhsul ərəb ölkələrində də satışa çıxarıla bilər
Zirə pomidoru həm yerli, həm də xarici, qonşu ölkələrin bazarlarında ən çox tələb olunan məhsullardan biridir.
Düzdür qiyməti bir az bahadır, amma buna baxmayaraq da keyfiyyət baxımından da insanlar məhz Zirə pomidoruna üstünlük verir.
Yeri gəlmişkən deyim ki, Zirə pomidrou artıq qonşu ölkələrin bazarlarında yox, həmçinin ola bilsin ki, Avropa bazarlarında da satışa çıxarılsın.
Aqronom Vüsal Əliyev deyir ki, hazırda 1 nömrəli müştəri Rusiya bazarlarıdır.
“Hazırda başqa bazarları da araşdırırıq. Avropa ölkələri, Ərəb dövlətləri . Yəni sərgilər keçirilir və biz də o sərgilərdə iştirak edirik. Təzə müştərilər axtarırıq”, - deyə Vüsal Əliyev bildirdi.
Reportaja daha ətraflı videomaterialda baxa bilərsiniz./tvreal.az