Bölgəmizdə qəribə bayram adəti: Axşamlar əllərində şam qəbiristanlıqda dolaşırlar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Bölgəmizdə qəribə bayram adəti: Axşamlar əllərində şam qəbiristanlıqda dolaşırlar

Şabran rayonunda adamlar ilaxır çərşənbədə qəbirlərin üzərində şam yandırırlar

"Ziyarət" sözü dilimizdə bir neçə anlamda işlədilir. Bu söz əksər hallarda müqəddəs şəxslərin məzarı üzərində tikilmiş məqbərələrə və ya pirlərə səfər edib, həmin yerlərə öz ehtiram və sayğısını ifadə etmək üçün bəzi əməlləri yerinə yetirmək mənasında qəbul edilir. Bununla yanaşı, müqəddəs sayılmayan adi insanların – müsəlman ölülərin qəbri üstə getmək, öz yaxın qohumlarının, valideynlərin məzarı ilə görüşmək də ziyarət anlamını ifadə edir.

Vəfat etmiş şəxslərin məzarını ziyarət etmək müsəlman ənənəsində özünə möhkəm yer qazanmış əməllərdən biridir. Xalqımızın milli adətinə görə, ən azı bayramlarda, əlamətdar günlərdə qəbiristanlığa gedir, oradakı ölülərin ruhunu yad edir, rəhmət oxuyurlar.

Azərbaycanda hər il bayram günlərində adamlar ölülərini ziyarət etməyə qəbiristanlığa gedirlər. Bunu əksər bölgələrimizdə əsasən sübh tezdən, ya da günorta saatlarına qədər edərlər.

Şabran rayonunda isə bu adət bir qədər başqa cür icra edilir. Rayon əhalisi bayramlarda vəfat etmiş yaxınlarının məzarını ziyarət etmək üçün məzarlığa axşam saatlarında gedir. Bu hala daha çox rayonun Əmirxanlı kəndində rast gəlmək mümkündür.

Şabran rayon sakini Elminaz Əliyeva Sputnik Azərbaycan-a bu adətdən danışıb:

“Bu rayonda, əsasən də Əmirxanlı kəndində bayram günləri, əsasən də ilaxır çərşənbədə qəbir üstə axşam saatlarında gedilir. Axşam saat 17:00-dan sonra camaat qəbiristanlığa axışır, ölülərin qəbri üzərində şam yandırırlar”.

Əliyevanın sözlərinə görə, onlar bu yolla ölülərin yoluna işıq salmış olduqlarına inanırlar.

“Bəzilərinə bu ritual vahiməli görünsə də, biz heç nədən qorxmuruq. Adam əzizlərindən qorxmaz ki…” – deyə rayon sakini bildirib. 
Odur ki, bəzi bayramlarda, xüsusilə də ilaxır çərşənbədə qəbiristanlıqda əllərində şam olan toplum görsəniz, təəccüblənməyin.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 466 22.03.18 16:15