“Bu gün evlənib, sabah boşanırlar” – İsmayıllının 13 uşaqlı ailəsinin firəvan həyatı – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

“Bu gün evlənib, sabah boşanırlar” – İsmayıllının 13 uşaqlı ailəsinin firəvan həyatı – VİDEO

9-u oglan 4-ü qız olmaqla 13 övlad sahibi olan Sadıqovlar ailəsi İsmayıllı rayonunun Qəzli kəndində yaşayır.

ARB Şəki xəbər verir ki, Cavanşir dayının ailəsi respublikada olan çoxuşaqlı ailələrdən hesab olunur.

13 övladı boya başa çatdırıb, nəvə nəticə sahibi olan Cavanşir dayının 32 nəvə, 5 nəticəsi var. Övladlarının arasında dövlət işçiləri, vətən keşiyində olan da var, Azərbaycanın adını başqa ölkələrdə ucaldan da. Nəticəsinin avropa və dünya çempionatlarında Azərbaycan bayrağını qaldırdığını fəxrlə söyləyən Cavanşir dayı deyir ki, onun üçün ailə üzvlərinin hər birinin öz yeri var. Həyatın keşməkeşləri, çətinlikləri ailəni daha da gücləndirib, möhkəmləndirib. Övladlarının, nəvələrinin adlarını bəzən səhv saldıqlarını xoş təəssüratlarla yada salan Cavanşir dayı həyat yoldaşı Firqiyyə xanım ilə birlikdə özlərini ən xoşbəxt insanlardan biri hesab edirlər. Aralarında olan hörməti, xoş münasibəti qoruyub saxlıyan ailə, gənc ailələrə də məsləhəti unutmadılar.

Ailə kiçik dövlət kimidir. Ailə insanların həyatı baxımından müqəddəs bir dəyər, təməldir. Dəyərlərimizi qoruyaq ki, təməlimiz möhkəm olsun.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 811 22.03.18 11:50