Məşhur icra başçısı işdən çıxarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Məşhur icra başçısı işdən çıxarıldı

Binəqədi rayonu İcra Hakimiyyətinin rəhbəri Xaləddin İsgəndərov işdən azad edilib.
 
Median.Az xəbər verir ki, minval.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, prezident seçkilərindən sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.

Xaləddin İsgəndərov haqqında yerli mediada dəfələrlə yazılar dərc edilib. Onun nəzarəti altında olan Binəqədi rayonunda yaşıllıqların məhv edilməsi, yerində də binaların tikilməsi adi hal almışdı.

Həmçinin eks başçının dövründə xeyli müddət Binəqədinin yollarındakı problemlər kəskin narazılığa səbəb oldu. Bərbad yolların təmiri belə sakinlərin yaşam tərzinə ciddi təsir etdi. Buna görə də, dəfələrlə Binəqədi sakinləri etiraz edib, ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.

Qeyd edək ki, Xaləddin İsgəndərov vəzifədə olduğu müddətdə rayonda yerləşən hündürmərtəbəli binada 10-dan çox insanın ölümü ilə nəticələnən güclü yanğın baş verib.

Xatırladaq ki, vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edildikdən sonra ona yaxın adamlar və bir neçə qohumu işdən uzaqlaşdırıldı. Həmçinin deyilirdi ki, Xaləddin İsgəndərov da başçı vəzifəsindən kənarlaşdırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 549 19.03.18 14:50