Martın 19-da Bakıda bu yollar bağlı olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Martın 19-da Bakıda bu yollar bağlı olacaq

Martın 19-da Bakıda keçiriləcək Novruz şənliklərində təhlükəsizliyin təmin olunması məqsədilə bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək.

Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib.

Şöbə rəisi deyib ki, həmin gün səhər saat 8:00-dan 13:00-dək paytaxtın Azneft dairəsindən Neftçilər prospekti istiqamətində dənizkənarı bulvar boyu kəsişən və paralel küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək.

Bundan başqa, İçərişəhərdən başlayaraq Qız qalası istiqamətində və dənizkənarı bulvarda keçiriləcək bayran tədbirlərinə qatılan əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 14-cü kilometr, 20-ci sahə dairəsi və bayraq meydanı istiqamətindən avtomobillərin şəhərə girişinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

V.Əsədov tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib:

"Ümumiyyətlə bayram şənliklərinə gələnlər unutmasınlar ki, Neftçilər prospekti boyunca "Formula 1” yarışının keçirilməsi ilə əlaqədar olaraq qoyulmuş beton maneələr olduğu üçün həmin ərazidə avtomobillər park edilərsə yolda daralma olacaq və hərəkətə maneə yaradacaq. Bunu nəzərə alaraq tədbirə şəxsi avtomobilləri ilə gələn vətəndaşlar Azadlıq meydanındakı yeraltı dayanacaqdan istifadə etsinlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 218 17.03.18 21:39