Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin oğlu Murad Qulubəyli “İnstagram” səhifəsində yeni videosunu paylaşıb.
Median.Az A24.Az xəbər verir ki, Murad Qulubəyli bəstəkar, pianoçu Vaqif Mustafazadənin “Düşüncə” adlı əsərini pianoda ifa edib.
Onun bu ifası dinləyənləri heyran edib.
Qeyd edək ki, bu gün dünya şöhrətli Azərbaycan pianoçusu, bəstəkar, caz-muğam janrının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günüdür.