Ordumuz İrəvanı təlaşa salıb - ermənilərin etirafı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ordumuz İrəvanı təlaşa salıb - ermənilərin etirafı

Azərbaycan Müdafiə Nazirliyinin son tədbirləri Ermənistanda ciddi təşviş yaradıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.

Sadəcə, yerdəyişmə.

Ermənistanın tanınmış hərbçilərindən biri, general-mayor Hastvasatur Petrosyan isə hesab edir ki, Azərbaycan bu minvalla Dağlıq Qarabağ münaqişəsi zonasında yeni müharibənin, aktiv hərbi əməliyyatların modelləşdirilməsi ilə məşğuldur.



"Kəşfiyyat aparmalı, əldə olunan məlumatlar əsasında müəyyənləşdirməliyik ki, Azərbaycan belə genişmiqyaslı, hərbi-strateji önəmli hərbi təlimlərlə nəyə nail olmaq istəyir. Operativ-strateji baxımdan ən mühüm istiqamətləri nəzərdən keçirməli, Azərbaycanın hücum döyüşləri aparacağı məkanları təhlil etməli və əks-hücumlar taktikasını hazırlamalıyıq", - H.Petrosyan söyləyib.

Təlaşa düşən erməni generalın fikrincə, hərbi əməliyyatlar ərəfəsində həmişə genişmiqyaslı təimlər keçirilir.

O deyib: "Azərbaycan bu təlimlərlə pərdələnərək hərbi əməliyyatların ikinci mərhələsinə hazırlaşır. Biz, buna hazır olmalıyıq".

Ermənistanın Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama ilə çıxış etməsə də, İrəvandakı iqtidar mediası "qoşunlarımız tam döyüş hazırlığı vəziyyətinə gətirilib" tipli məlumatlar yayıb.

Bu arada 1in portalı "Bakı və Tbilisi hərbi əməkdaşlığı kimə qarşı genişləndirir?" başlıqlı yazı dərc edib.

Sarqis Arsruninin müəllifi olduğu yazı Gürcüstanın müdafiə naziri Levan İzoriyanın Bakıya rəsmi səfərinə, burada Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşünə, burada apardığı danışıqlara və əldə olunan razılaşmaya həsr olunub.

Gürcü nazir ikitərəfli əlaqələrlə yanaşı, üçtərəfli formatda, yəni Azərbaycan-Gürcüstan-Türkiyə müstəvisindəki təmasları və işbirliyini də yüksək dəyərləndirib.

Zakir Həsənov isə, öz növbəsində, müxtəlif beynəlxalq strukturlarda Bakının mövqelərini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə rəsmi Tbilisiyə minnətdarlığını bildirib.


Erminilərin bu görüşlə bağlı təlaşa düşməsinin obyektiv və subyektiv səbəbləri var.

Əvvəla, Azərbaycanla Gürcüstan separatizmlə mübarizədə müttəfiqlərdir.

Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalında olması kimi ciddi, böyük problemi varsa, Gürcüstan Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin varlığını terrorçuluq fəaliyyəti sayır.

Bununla belə, Ermənistanla münasibətlərini gərginləşdirmək istəməyən Gürcüstan Dağlıq Qarabağ problematikasında neytral mövqe tutur, münaqişənin dinc danışıqlar yolu ilə nizamlanmasına tərəfdarn olduğunu bəyan edir.

Tbilisinin belə davranışının əsas səbəbi ölkənin Samstxe-Cavaxetiya bölgəsində, daha konkret olsaq, Axaltsixdə kompakt yaşayan ermənilərdir.

İrəvan bu ermənilərdən Gürcüstana qarşı illərdən bəri hər an partlamağa hazır "gec açılan bomba" kimi istifadə edir və ərazisində daha bir separatizm ocağının alovlanmasını istəməyən Gürcüstanın hələlik yüngül olmayan vəziyyətindən maksimal dərəcədə yararlanır.


Bakı isə qonşuları ilə təzyiq yox, normal əməkdaşlıq müstəvisində təmaslarda maraqlıdır - Ermənistan istisna olmaqla.

Bundan başqa, rəsmi Bakı regional əməkdaşlığı intensivləşdirmək, bölgədə təhlükəsiz vəziyyətə nail olmaq üçün Türkiyə, Gürcüstan və İranla da regional tərəfdaşlığı daha da gücləndirmək niyyətindədir.

Azərbaycan, Türkiyə, Gürcüstan və İranın XİN başçılarının gələn bu həftə Bakıda keçirilməsi nəzərdə tutan görüşü də bəhs etdiyimiz məqsədin reallaşmasına yönəlib.

Belə dördtərəfli format, üstəlik Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlər keçirilməsi Ermənistanı ciddi narahat edib.

"Artıq faktdır ki, Bakı bizim hərtərəfli təcridimizə nail olub. Təbii, Elmar Məmmədyarov və Zakir Həsənovun bəyanatlarını dramatikləşdirməyə dəyməz. Lakin Ermənistanın bütün regional inteqrasiya layihələrindən kənarda qalması çox pis, təhlükəlidir. Ermənistanın xarici siyasəti məntiqdən kənardır. Gürcüstanla münasibətlər bərbaddır, İranla tərəfdaşlıq ikitərəfli formatla məhdudlaşıb. Xarici siyasətimizdə strateji baxış, planlaşdırma, regional komponentlər yoxdur", - S.Arsruni yazıb.

Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti cari problemlərin həlli ilə məhdudlaşır və Azərbaycan da bundan yararlanır: "Ermənistanın İranla münasibətləri də yarıtmazdır. Tehrandan gələn siqnallara biz vaxtında cavab versəydik, tərəfdaşlığımız regional əhəmiyyət kəsb edərdi.


Ermənistanın qeyri-adekvat siyasəti isə İranın bizə olan marağını azaldıb. İllah da ki, bu yaxınlarda İran-Azərbaycan-Rusiya formatında üçtərəfli əməkdaşlıq sayəsində İran Avropa bazarlarına daha bir çıxış əldə edəcək. İran indi də Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığı formatına qoşulur ki, bu da Ermənistanın təcridini daha da dərinləşdirəcək, ağırlaşdıracaq. Ermənistan indi bir tərəfdən Azərbaycanın siyasətinin ermənilər üçün yaratdığı nəticələri neytrallaşdırmağın, digər tərəfdən Rusiyadan total, kölə asılılığını azaltmağın yollarını düşünməlidir.

Zəif, yarıtmaz və geridə qalmış dövlət və siyasi sistemləri olan Ermənistan ambisioz xarici siyasət yürüdə bilməz.

Amma nə edəsən ki, Rusiyanın "dalanı, kiçik anbar otağı" statusundakı Ermənistan indi dövlətin modernləşməsi ilə məşğul olmaq imkanına malik deyil"./Milli.Az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 026 12.03.18 22:16