Atəşkəs 120 dəfə pozulub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

Atəşkəs 120 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Müdafiə Nazirliyindən oxu.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 948 26.02.18 11:48