Ermənistan məlumatları gizlədir: Qarabağda nə baş verir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Ermənistan məlumatları gizlədir: Qarabağda nə baş verir?

İşğal altında olan Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində daha bir hadisə baş verib.

Median.Az
-in ordu.az-a istinadən verdiyi məlumata görə, fevralın 20-də gecə vaxtı Qarabağdakı qanunsuz hərbi birləşmələrdən birində 19 yaşlı Davit Kamalyan odlu silah yarası alıb. Əldə edilən məlumatlara görə, ona digər əsgər yoldaşlarından biri atəş açıb.

İlkin məlumatlara görə, əsgər yoldaşı ondan gecə parolu soruşub, cavab verilmədikdə Davit Kamalyan istiqamətinə atəş açılıb. Davit Kamalyan döş qəfəsindən güllə yarası alıb. Hazırda yaralı Xankəndi hospitalındadır, vəziyyəti ağır olduğuna görə onu İrəvana təxliyyə etmək mümkün deyil.

Məlumatları, yaralı əsgərin anası Şuşik təsdiq edib. Onun sözlərinə görə, hazırda oğlu süni nəfəs aparatına qoşulub. Onu İrəvana təxliyyə etmək üçün tədbirlər görülür və hələ də ağciyərini dəlib keçən, bel nahiyyəsində olan güllə bədənindən çıxarılmayıb.

Onu güllələyən hərbi qulluqçu isə 6 ayın çavuşudur. Onun məlumatına görə, gecə 12 radələrində ayaqyolundan qayıdarkən parolu bilmədiyi üçün atəş açılıb. 14 güllə atsa da Davit Kamalyana bir güllə dəyib. 19 yaşlı yaralı hərbi qulluqçunun xidmət müddətini başa çatmasına 4 ay qalıbmış. Hazırda cinayət işi açılıb və araşdırma aparılır.

Xatırladaq ki, bu Ermənistanın yaralı və ölənlər barədə məlumatları gizlətdiyi ilk hal deyil. Məsələn fevralın 12-də İcevan hərbi hissəsinin əsgəri Stepan Stepanyanın ölümü barədə də rəsmi məlumat verilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 238 22.02.18 18:55