Bakıda keçiriləcək Formula 1-in bahalı biletləri hamısı satılıb (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda keçiriləcək Formula 1-in bahalı biletləri hamısı satılıb (FOTO)

Filarmoniya tribunasına olan biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin nəzərinə çatdırır ki, 27-29 aprel tarixlərində keçiriləcək 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün Filarmoniya tribunasına olan biletlər tamamilə satılıb.

Baku.ws-in məlumatına görə, BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim ilkin mərhələdə yarışa xaricdən daha böyük marağın olduğunu bildirib:

"Bu günə olan məlumata əsasən, ən çox bilet alan ölkələr siyahısının ilk üçlüyündə müvafiq ardıcıllıqla Rusiya, Azərbaycan və Böyük Britaniya yer alır. Xaricdən alınan biletlər bu günə qədər satılmış biletlərin 75 %-ni təşkil edir. İndiyədək ən çox rəğbət tribunalara olan 4 günlük biletlərə göstərilib.

Digər tərəfdən yarış həftəsonunda konsert proqramı ilə çıxış edəcək dünya ulduzlarının adlarının açıqlandığı ərəfələrdə satışlarda yüksək artımlar müşahidə olunmaqdadır. Biz ötən həftə “Jamiroquay” müsiqi qrupunun 27 aprel tarixində Kristal Zalda konsert verəcəyini elan etdik. Digər ulduzların adlarını da növbəti həftələrdə açıqlayacağıq”.

Hazırda xaricilərlə müqayisədə yerli vətəndaşlara biletlər 25 % daha ucuz qiymətə təklif olunur. Bu endirim yarışadək davam edəcək. Satışda olan biletlərlə əlaqədar ətraflı məlumatı rəsmi vebsaytdan əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/buy-now





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 496 15.02.18 17:38