“35 manatlıq balıq kababı 400 nəfərə nəzərdə tutulsa da, 200 nəfərə verilir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“35 manatlıq balıq kababı 400 nəfərə nəzərdə tutulsa da, 200 nəfərə verilir”

Parlamentdə şadlıq evləri tənqid edildi

Milli Məclisin iclasında şadlıq evlərinni fəaliyyəti tənqid edilib. Deputat Qüdrət Həsənquliyev xüsusilə şadlıq sarayalarındakı səsgücləndiricilərin qaydasında olmadığını deyib: “Bir salonda səkkiz səsucaldıcı vasitədən istifadə olunur. O vaxt Azadlıq Meydanındakı mitinqlərdə iki dənə səsucaldıcı qoyulurdu, səs Şıxov çimərliyinə qədər gedib çıxırdı. İndi isə restoranlara nəzarət edən yoxdur. Amma şadlıq evlərində səsi elə verirlər ki, fiziki cəhətdən insan orqanizmi tab gətirə bilmir və qonaqlar tez salonu tərk edirlər”.

Deputat əlavə edib ki həmçinin restoranlarda kondisionerləri söndürmürlər və adamlar toyda boynu tutulduğu üçün salonu tərk edir.
Yeməklə bağlı məsələyə toxunan Q.Həsənquliyev restoranlardakı yemək məsələsində də toxunub. “Bahalı yeməkləri süfrəyə gətirməyi sona saxlayırlar. Bununla da restoran sahibləri öz vəsaitinə qənaət edir. Toya 400 nəfər dəvət olununur. 35 manatlıq balıq kababının pulu qonaqların sayına uyğun olaarq toy sahibindən alınır, amma toyun sonunda həmin kabablar 200 nəfərə verilir”.
Spiker Oqtay Əsədov da bildirib ki, şadlıq saraylarında səs məsələsi bir neçə dəfə qaldırılıb: O qeyd edib ki, ölkədə çox sayda bahalı şadlıq sarayları olsa da, az sayda şadlıq evi akustika normativə uyğunlaşdırılıb. “Yemək məsələsini mən bilmirəm, amma hər halda, bu məsələyə diqqət yetirmək lazımdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 756 01.02.18 17:29