Yeddi cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Yeddi cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur – VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulur.

Agentlikdən Oxu.Az-a verilən məlumata görə, təkcə Ağdam rayonunda bu il 17 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə bərpası nəzərdə tutulub.

Onlardan biri də 5.4 km uzunluğunda Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yoludur. Yol Azərbaycan prezidentinin Sərəncamına uyğun olaraq yenidən qurulur.

Yolun uzun müddət istismar olunmasına baxmayaraq, əsaslı şəkildə təmir olunmaması gediş-gəlişin çətinləşməsinə gətirib çıxarmışdı. Məhz buna görə yolun yenidən qurulması yeddi yaşayış məntəqəsinin beş minə yaxın əhalisinin ürəyincə olub.

IV texniki dərəcəyə uyğun olaraq, yenidən qurulan yolun deformasiyaya uğrayan hissələri qazılaraq çıxarılıb, əks dolğu işləri aparılıb və yeni 10 metr enində torpaq yatağı inşa olunub. Hazırda tikinti norma və qaydalarına uyğun olaraq, yol boyu layihəyə uyğun müxtəlif diametrli mövcud suötürücü borunun təmiri və tikintisi işləri həyata keçirilir, əsasın alt layının tikintisi üçün hazırlıqlar görülür.

Texnoloji ardıcıllığa uyğun olaraq, növbəti mərhələdə iridənəli asfalt-beton və aşınma laylarının tikintisi işləri aparılacaq. Bu işlər isə yolun hərəkət hissəsini eni altı metr nəzərə alınaraq 30 min m2-dən çox sahəni əhatə edəcək.

Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə zəruri yol nişanları və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilişindən sonra yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qısa müddət ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında lazımi sayda qüvvə əraziyə cəlb olunub.

Cəbhəyanı kəndləri əhatə edən yolların yenidən qurulması həmin yaşayış məntəqələrində yaşayan vətəndaşlarımızın birbaşa olaraq sosial rifahına müsbət təsir edən kənd təsərrüfatının inkişafına gətirib-çıxarır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 739 01.02.18 11:52