Binəqədi sakinlərindən şikayət – Ağacları kəsirlər – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Binəqədi sakinlərindən şikayət – Ağacları kəsirlər – FOTO

Binəqədi rayonu, Azadlıq prospekti 188 ünvanında binanın qarşısındakı parkda ağacları kəsib yerində obyekt tikirlər.

Median.Az
xəbər verir ki, bununla bağlı Modern.az saytına şikayət daxil olub. Sakinlər bildirib ki, binanın qarşısı parkdır və parkın yarı hissəsi tamamilə dağıdılıb:

“İşləri gecə görürlər . Ağır texnikalarla ağacları kökündən çıxarırlar. Bu barədə Binəqədi rayon İcra Hakimiyyətinə zəng edirik, lakin deyirlər ki, xəbərləri yoxdur. Bunun kim tərəfindən edildiyi məlum deyil. Ərazi Binəqədi bələdiyyəsinin qonşuluğunda, Binəqədi rayon İcra hakimiyyətinin 300 metrliyində yerləşir”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov saytımıza açıqlama verib. O bildirib ki, bununla bağlı nazirliyin qaynar xəttinə də şikayət daxil olub:

“Əməkdaşlarımız şikayətiçilərin iştirakı ilə yerində araşdırma aparıblar. Sakinlər ağacların kəsiləcəyi ilə bağlı narazılıqlarını bildiriblər. Lakin orada heç bir ağac kəsintisi faktı olmayıb. İcra Hakimiyyəti nümayəndələri də həmin ərazidə park salınacağı ilə bağlı məlumat veriblər və parkın layihəsini təqdim ediblər. Buna baxmayaraq biz nəzarətin gücləndirilməsi üçün oradakı bütün ağacları qeydiyyata götürmüşük”.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 623 31.01.18 18:44