Bakıda ölüm düşərgəsinə çevrilmiş dispanserdən – FOTOReportaj » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |    

Bakıda ölüm düşərgəsinə çevrilmiş dispanserdən – FOTOReportaj

Bakı vərəmli xəstələr üçün ümidsiz şəhərdir. Eynilə yazıçı Alber Kamyunun "Taun” əsərindəki Oran şəhəri kimi… Oksigen çatışmazlığı, şəhərin keçəlləşməsi, ekoloji çirklənmə, şam ağaclarının qoparılaraq ticarət köşklərinə qurban verilməsi vərəmli xəstələrin ömrünü qısaltmaqdır.

Ölüm düşərgəsi

Bu cəhənnəmin ortasında özünə sonuncu sığınacaq yeri tapan vərəmli xəstələrin yatdığı 1 saylı Vərəm Əleyhinə Dispanser isə ölüm düşərgəsinə çevrilməkdədir. Axşamlar dispanserin yanından keçəndə vahiməyə gələrsiniz. Zülmət, qaranlıq binada tək-tük sayrışan lampalar, məzarlıq sükutu, ümidsizlik, baxımsızlıq… Xəstələri ziyarətə gələnlərin özləri də vərəmə yoluxmaq riski ilə üz-üzədir: ağızlıq verilmir, baxil qoyulmayıb, soyuq mərmər döşəmə, köhnə-küşkül qapı-pəncərələr, şüşələri kulyonka ilə örtülmüş balkon pəncərələri, şəraitsizlik…

Bu dəhşətli və qorxunc mənzərə açıq sual qoyur: hər bir xəstəxanada qüsurlar, bərbad vəziyyət bağışlanandır, di gəl vərəm kimi yoluxucu xəstəlik daşıyıcılarının yatdığı dispanser yox… Onların isti şəraitə, təmiz yatağa və yaşıllığa ehtiyacı var. Amma ağciyər xəstələri üçün bunlardan yalnız şam ağaclarının olmasını insafən, qeyd etmək olar.


Vərəmlər və qəssabxanalar

Dispanserə yerləşdirilən xəstələr üçün pul alınması, ələbaxımlılıq, rüşvət hallarına gəlincə, araşdırma aparırıq və növbəti reportajda aydınlaşdırmağa çalışacağıq. Sovetlər dövründən belə qəbul olunub ki, qorxulu, keçici infeksion xəstəliklər, o cümlədən, vərəm xəstəliyinin müalicəsi və müayinəsi ilə bağlı ayrıca səhiyyə müəssisələri, xəstəxanalar, diaspanserlər şəhər mərkəzlərindən, insanların gur yaşadığı yaşayış məntəqələrindən nisbətən uzaqlarda salınırdı.

Bunun səbəbi də məlumdur. Məqsəd bu xəstəliklərin digərlərinə keçməməsi, əlavə fəsadların yaşanmaması idi. O zaman Bakının kənarı sayılan ərazilər, indi həyat intensivliyinə görə mərkəzdən heç nə ilə fərqlənmir. Bunlardan biri də Alatavadakı həmin bu vərəm dispanseridir. Bu əraziyə bitişik ərzaq mağazalarını, kafeləri, qəssabxanaları görəndə istər-istəməz sual yaranır ki, axı, bu qədər insanın yaşadığı, hərəkətin intensiv olduğu bir yerdə Vərəm dispanserinin olması nə dərəcədə düzgündür?

Qeyd edək ki, Bakıda 7 vərəm dispanseri, həmçinin, iki vərəm kabineti və paytaxtdan nisbətən kənarda da vərəm sanatoriyaları var. Ki nə fayda?!





Mənbə: azeuronews.comскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 387 31.01.18 18:13