Лондон
C

Gəncədə xüsusi təyinatlı polis güllələndi

Gəncə Baş Polis İdarəsinin xüsusi təyinatlı bölməsinin əməkdaşı silahlı qarətin qurbanı olub. Cinayət hadisəsi yanvarın 20-də baş versə də, istintaq heç bir nəticə verməyib. Polis əməkdaşına hücum edən şəxsin kimliyi müəyyən edilməyib.

Oxu.Az-a bu barədə Gəncə şəhər Prokurorluğundan məlumat daxil olub.

Fakt üzrə yaradılan istintaq-əməliyyat qrupu silahlı cinayətkarın tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində iş aparır.

Qeyd edək ki, yanvarın 20-də Yeni Gəncə qəsəbəsində, gecə saat 11:00 radələrində mülki geyimdə olan polis serjantı Əhmədov Natiq Camal oğlu ayaq nayihəsindən güllə yarası alıb. Cinayətkar ona yaxın məsafədən atəş açıb. Hücum zamanı sonuncunun “Makarov” tipli tapançadan istifadə etdiyi güman edilir.

Hücumla bağlı müxtəlif versiyalar nəzərdən keçirilir. Bir versiyaya görə, cinayətkar bu əməli törətməklə ondan intiqam almağa və ya ona hədə-qorxu gəlməyə çalışıb. Polis əməkdaşı ilə cinayətkar arasında münaqişənin olduğu istisna edilməsə də, Əhmədov hələlik bu barədə susur.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев