Onların qayda pozmaları digər sürücülərin etirazına səbəb olub
Bakıda Süleyman Əhmədov küçəsində yaranan problemə görə hərəkətin təşkilində dəyişiklik olunub. Lakin bəzi sürücülər həmin küçədəki dəyişikliyə əhəmiyyət verməyərək qaydaları pozmaqda davam edirlər.
Median.Az Avtosfer-ə istinadən xəbər verir ki, yanvarın 23-də Nobel prospektindən sağa — Süleyman Əhmədov küçəsinə dönən 57 nömrəli xətt üzrə fəaliyyət göstərən 90-RB-788 qeydiyyat nişanlı "İsuzu" markalı avtobusun sürücüsü və 10-ZO-802 qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobilinin sürücüsü 1.1 bütöv xəttinin tələbini pozaraq geriyə dönüblər. Onların qayda pozmaları digər sürücülərin etirazına səbəb olub.