Deputatlar cinsi istismara məruz qalan uşaqların müdafiəsinə qalxdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Deputatlar cinsi istismara məruz qalan uşaqların müdafiəsinə qalxdılar

Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 25-də keçirilən ilk iclasında uşaqların istismara, xüsusilə cinsi istismara məruz qalması məsələsi müzakirə olunub.

Bu barədə ilk danışan millət vəkili Sədaqət Vəliyeva sözügedən məsələnin ağrılı, utanverici olduğunu, onun qarşısının alınmasının vacibliyini, bu yöndə qanunvericilikdəki müddəaların daha da sərtləşdirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, son illər ölkədə boşanma halları artıb və bundan ən çox əziyyət çəkən azyaşlı uşaqlar olur:

“Bəzən həmin uşaqlar ortada qalır və bir sıra hallarda da cinsi istismarla üzləşməli olurlar. Bu, çox ağrılı məsələdir. Bununla bağlı daha ciddi addımlar atılmalıdır”.
Adıçəkilən komitənin sədri Aqiyə Naxçıvanlı da bu məsələnin bir müddət öncə millət vəkili Tahir Rzayev tərəfindən komitənin iclasında qaldırıldığını xatırladıb və deyib ki, hələ də uşaqlarla belə üzücü, xoşagəlməz hallar yaşanır:

“Bu, ağrılı məsələdir və tək bizdə yox, dünyada üzləşilən problemdir. Bu məsələ hər birimizin diqqətində olmalıdır və diqqətindədir. Hesab edirəm ki, bu problemin həllini tapması, uşaqların istismara, xüsusilə cinsi istismara məruz qalmasının qarşısının alınması istiqamətində növbəti vacib addımlar atılmalıdır”./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 022 25.01.18 12:44