Mojo.az Banner
23:03 İranda zavodda partlayış oldu - Ölənlər var  |     22:58 İlin sözü seçildi  |     22:51 Velosipeddən yıxılan 9 yaşlı uşaq öldü  |     22:49 Naxçıvanın Ali Məhkəməsinin yeni sədri kimdir? - DOSYE  |     22:45 Məhkuma telefon ötürülməsinin qarşısı alınıb  |     22:42 Qurban Qurbanov Əkbərlə görüşdü - Video  |     22:36 Ukraynada 100 gün ərzində prezident seçkiləri keçirilə bilər  |     22:31 Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı  |     22:26 "Eliko"nun vəzifəli şəxsi cərimələndi  |     22:19 FHN 3 nəfərin meyitini aşkarlayıb  |     22:13 “Neftçi” xal itirdi  |     22:08 Gizir Xanıya şəhidlik statusu verildi  |     21:53 DİN və prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı  |     21:39 Şabranda qanunsuz ov edən şəxs saxlanılıb  |     21:33 Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək  |     21:25 Gömrük generalı təqaüdə göndərildi  |     21:24 Türkiyədə tanınmış jurnalistlərin narkoloji test nəticəsi məlum oldu  |     21:15 Azərbaycanda bu məktəblər distant təhsilə keçəcək (VİDEO)  |     21:09 Xaçmazın 26 kəndində qaz olmayacaq  |     21:01 Vüqar Əhməd sərbəst buraxıldı  |    
Left Banner
Right Banner

Cabir İmanovdan televiziyalara sərt sözlər: "Bizə dedilər ki, sizin konsert efir üçün deyil"

24.01.2018 18:45 3 119
Cabir İmanovdan televiziyalara sərt sözlər:
Əməkdar artist Cabir İmanov televiziyaların onlar üçün önəm daşımadığını deyib. 
 

Aktyor azxeber.com-a açıqlamasında insanların onları sevdiyini və televiziyalara ehtiyacları olmadıqlarını deyib: "Bundan əvvəl təqdim etdiyimiz "Ağanatiq” filmimiz çox uğurlu oldu. Hər bir kinonun uğuru onun kinoteatr satışdan aslıdır. Əgər kino satılmırsa, demək ki, o kino uğur qazanmayıb. Bu gün elə bir cəmiyyətdə yaşayırıq ki, hər kəs status yazır. O statuslar da film haqqında böyük rol oynayır. "Biri yazır ki, Ağanatiq əla filmdir”, biri də "Ağanatiqə baxdım bir qəpiklik film deyil”. Amma bizdə ikinci fikirlər çox az oldu. İctimai rəydən gedir söhbət. Ən böyük reklam insanların aralarında olan söhbətlərdir, TV-lər bunu verməsə də olar.
 
Cabir İmanov son zamanlar sosial şəbəkədə yayılan "Parni iz Baku" videolarından da danışıb: "Videolar ona görə yayılır ki, əvvələr televiziyalarda göstərilirdi. İndi insanlar hardasa o videoya baxmaq istəyirlər. Çıxış yolları da sosial şəbəkədir. Son zamanlar kimlərsə qeyri-qanuni yolla həmin videoların paylaşırlar. Konsertimiz hal-hazırda satışdadır, o paylaşımlar qanuni deyil. Həm də bəziləri ömürboyu bizim köhnə səhnələrimizi paylaşır" 
 
Əməkdar artist qadağada olmalarına da münasibət bildirib: "Bəli, qadağadayıq. Amma onlar bu günə qədər heç bir addım atmayıb. Bir dəfə deyiblər ki, sizin konsert efir üçün deyil. Biz inanırıq ki, nə vaxtsa televiziyalar səhv etdiyini anlayacaqlar".скачать dle 11.3