Nəqliyyat müffəttişləri avtobusları saxladı, sərnişinləri yolda qoydu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |    

Nəqliyyat müffəttişləri avtobusları saxladı, sərnişinləri yolda qoydu - VİDEO

Fatmayi bağlarından Bakıya gələn avtobuslar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müffəttişləri tərəfindən saxlanılaraq sərnişinləri yolda düşürdülüb. Bəzi avtobuslar duracağa yerləşdirilib.

Söhbət Abşeron rayonu, Fatmayi bağlarından başlayaraq Bakı dairəvi yolunda yerləşən ticarət mərkəzinə və əks istiqamətdə sərnişin daşıyan 134 nömrəli avtobuslardan gedir. Həmin avtobuslar dünən  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İçərisindəki sərnişinlər düşürdülərək avtobuslar dayanacağa yerləşdirilib.

134 nömrəli xəttin müvəqqəti istismarçısı Qurbanəli İsmayılov bildirdi ki, bu xəttə heç bir qanunsuzluğa yol verilməyib. Avtobusların marşrutu Bakı Nəqliyyat Agentliyinin sərəncamı əsasında dəyişdirilib.

Dövlət a Atomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmov isə bildirdi ki, həmin avtobusların hərəkət sxemi onların nəzarətində olan yoldan keçir. Bu səbəbdən sərnişinlər avtobusdan düşürülüb.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, istənilən avtobusun hərəkət sistemi müəyyənləşdirilərkən zəruri olan bütün hallar nəzərə alınır. O cümlədən, 134 nömrəli avtobusunda yeni hərəkət sxemi müəyyən edilərkən bütün hallar nəzərə alınıb. Yəni həmin avtobusların keçdiyi yollar bütünlüklə Bakı şəhər inzibatı ərazisinə aiddir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 372 24.01.18 11:05