Tütün məhsulları və alkoqollu içkilərin son qiymətləri » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 Bakıda eyni ünvanda iki kişi meyiti aşkarlandı: Biri öldürülüb  |     23:57 Bakıda yunan musiqisi gecəsi keçirilib  |     23:50 Avropada qazın qiyməti həftə ərzində 17 % bahalaşıb  |     23:44 Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb  |     23:38 Türkiyədə rekord sayda yoluxma qeydə alınıb  |     23:30 Çadda icmalararası toqquşmalarda 14 nəfər ölüb  |     23:22 Gürcüstan Prezidenti: "Saakaşvilinin əfvi ölkədəki vəziyyəti pisləşdirəcək"  |     23:15 Yanvar üzrə bütün sosial ödənişlər başa çatdırılıb  |     23:08 YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI  |     22:59 BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası yanvarın 31-nə təyin edilib  |     22:53 Britaniya səfiri: "Qarabağ müharibəsindən sonra regionda əməkdaşlıq imkanları çoxalıb"  |     22:46 “Brent” markalı neft bahalaşıb  |     22:42 Portuqaliya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəlib  |     22:35 Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı Baş prokurora müraciət ediblər  |     22:29 Qubada şəhid bulağının açılışı olub  |     22:19 UEFA "Marsel" - "Qarabağ" oyunu üçün iki variant təklif edib  |     22:14 Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb  |     22:07 “Rosaviasiya” Tbilisi-Moskva reysinin ləğvi ilə bağlı açıqlama yayıb  |     22:01 Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub  |     21:55 Ukraynanın tanınmış boksçusu intihar edib  |    

Tütün məhsulları və alkoqollu içkilərin son qiymətləri
Sözügedən məhsullarda heç bir qiymət artımı baş vermədiyi ortaya çıxdı

Ölkəyə gətirilən pivə və alkoqollu içkilərə yeni aksiz dərəcələri tətbiq olunacağını, tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergilərinin də 2 dəfədən çox artırılacağını xəbər vermişdik. Məlumat Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklikdə də əksini tapıb.

Sputnik Azərbaycan-ın əməkdaşı marketlərdə siqaret və spirtli içkilərin son qiymətləri ilə maraqlanıb. Apardığımız müşahidələr nəticəsində sözügedən məhsullarda heç bir qiymət artımı baş vermədiyi ortaya çıxıb. Belə ki, aksiz vergisi qalxsa da, istər alkoqollu içkilər, istərsə də tütün məhsulları hazırda əvvəlki qiymətlərlə satılır.

Bəzi marketlərdən bildirilib ki, yeni aksiz dərəcələrinə uyğun olaraq idxal olunan spirtli içkilərin qiymətlərində artım olacağı mümkündür, lakin tütün məhsulları ilə bağlı belə bir gözlənti yoxdur.

Qeyd edək ki, keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra — yanvarın 23-də qüvvəyə minir. İndiyə qədər səməni pivəsinin 1 litr üçün 1 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 2 manat, şampan şərabının 1 litr üçün 2,5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,1 manat aksiz dərəcəsi tətbiq olunub.

Dəyişikliyə əsasən, yanvarın 23-dən səməni pivəsinin 1 litr üçün 1,7 manat, təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla, üzüm suslosunun 1 litri üçün 3,5 manat, şampan şərabının 1 litr üçün 5 manat, qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları üçün 1 litr üçün 0,2 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 073 23.01.18 18:07