Kənan M.M.-dən 18+ şeir: "Ehtiras bu gecə qoy bizi söysün..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Kənan M.M.-dən 18+ şeir: "Ehtiras bu gecə qoy bizi söysün..."

Rejissor Kənan (M.M.) Mahmudov yeni şeir yazıb. 

Baku.ws-in məlumatına görə, rejissor yeni şeirini sosial şəbəkədə paylaşıb. 

Həmin şeiri təqdim edirik: 

"Yandırsın üzümü qaynar nəfəsin
Qoy dəysin dodağım dodağın üstə
Bilirəm sənində vardır həvəsin
Bədənin titrəyir ayağın üstə

Əlini mənə ver bağla gözləri
İçində arzular coşub daşacaq
Sən unut bildiyin bütün sözləri
Bu gecə sözlər yox səs danışacaq

Sürtülüb divara işığı söndür
Qaranlıq otağda nurlu ayım ol
Öp məni eşqinlə başımı döndür
Mən səndən betərəm sən də tayım ol

Düyməni açanda ilişim qalım
Hirsindən koynəyi cırmağlayasan
Sənin vücüdunla baş başa qalım
Sən məni öpərək qucaqlayasan

Unudaq bir anlıq yataq hardadı
Divardan divara dəyək səs edək
Sevgimiz bu gecə dört divardadı
Sevişək bu eşqi müqəddəs edək

Dağılsın saçların gözünü örtsün
Gözünü görməyə telinə dəyim
Cırılan köynəyin dizini örtsün
Mən isə əlimlə belinə dəyim

Ehtiras bu gecə qoy bizi söysün
Mələklər utansın bizə baxmağa
Qonşular səsinə divarı döysün
Heç kim baş qoşmasın iki axmağa

Və birdən telefonun zəngini çaldı
Ekranda yazıldı heyat yoldaşım
Elə bil əzrail canımı aldı
Sən demə evlisən çaş qaldı başım". скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 556 23.01.18 15:43