Ticarət mərkəzində Azərbaycan bayrağının rəngləri zibil qutuları qoyuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ukraynada 344 uşaq müharibədə həlak olub  |     22:54 Rusiyanın atdığı raket nəticəsində Ukraynada uşaq futbol klubunun qurucusu ölüb  |     22:46 Biləsuvarda Polis bölməsinin yeni binasının açılışı olub  |     22:38 Fransada terrorçuluqda şübhəli bilinən üç nəfər saxlanılıb  |     22:33 Özbəkistan Prezidenti iğtişaşların baş verdiyi Nukus şəhərinə gedib  |     22:26 Hindistanda daşqın qurbanlarının sayı 173 nəfərə çatıb  |     22:19 Serbiya-Macarıstan sərhədində atışma olub  |     22:13 Şotlandiya millisinin sabiq qapıçısı xərçəngdən dünyasını dəyişib  |     22:05 DİM sədri: "9-cu sinfə aşağı nəticə ilə gələn şagird həyatı boyu nə 500, nə də 700 bal toplamayacaq"  |     21:57 Şuşada beynəlxalq velosiped yarışı keçiriləcək  |     21:52 Oğuzda neft məhsullarının qanunsuz satışının qarşısı alınıb - VİDEO  |     21:47 Azərbaycanda, yoxsa xaricdə dincələk?  |     21:39 Şirvanda mikroavtobusdan 10 min manat oğurlayan şəxs saxlanılıb  |     21:33 Vətəndaşdan rüşvət alan məmurların cinayət işinin ibtidai istintaqı yekunlaşıb  |     21:29 Bolqarıstan Prezidenti maliyyə nazirinə yeni hökuməti formalaşdırmağı tapşırıb  |     21:22 Rusiya Avropa Şurasının bir sıra sazişlərində iştirakını dayandırıb  |     21:07 Gəncədə 73 yaşlı kişi evini yandırıb  |     20:59 Otuzdan çox ölkə Rusiyanın idman federasiyalarından çıxarılmasını tələb edib  |     20:39 Bakıda bağ evindən 10 min avro oğurlanıb  |     20:01 Azərbaycan hərbçisinin ölümü ilə bağlı cinayət işi başlanılıb  |    

Ticarət mərkəzində Azərbaycan bayrağının rəngləri zibil qutuları qoyuldu
“Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması bizi hiddətləndirir. Bu, Azərbaycana qarşı təhqirdir. Düşünürəm, Rusiya bu problemi qısa zamanda həll edəcək”.

Median.Az xəbər verir ki, bunu “Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O, Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzlərindən birindəki zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanmasına münasibət bildirərkən deyib ki, bu əməlin arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır: “Onlar yaxşı bilirlər ki, bu məsələ qıcıq yaradacaq. Onu da bilirlər ki, bu, uzunmüddətli qala bilməz və aradan qaldırılacaq. Azərbaycanın dövlət quruculuğunda, beynəlxalq aləmdə qazandığı uğurlar bunu istəməyən qüvvələrdə narahatlıq yaradır”.

A.Mirzəzadə qeyd edib ki, bu cür təxribatlar Azərbaycan-Rusiya münasibətlərinə təsir edə bilməz: “Təxribatı törədənlərin məqsədi Azərbaycanda Rusiyaya qarşı narazılıq yaratmaqdır. Ola bilər, buna Rusiyadan yeni silahların alınması səbəb olub. Xaricdəki erməni diaspor dairələri bunu etməklə iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışırlar. Çox istərdim ki, bu məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin və diaspor təşkilatlarının diqqətində olsun, bunu etməyə cəhd edənlər cəzalandırılsın. Problemin həlli uzanarsa, rəsmi müraciət edəcəyik. Amma əminəm ki, bu, elə bu gün həll ediləcək”.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 810 23.01.18 13:38