Bakıda dizellə işləyən avtomobillər bahalaşmağa başladı – QİYMƏTLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:24 Bakıda eyni ünvanda iki kişi meyiti aşkarlandı: Biri öldürülüb  |     23:57 Bakıda yunan musiqisi gecəsi keçirilib  |     23:50 Avropada qazın qiyməti həftə ərzində 17 % bahalaşıb  |     23:44 Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb  |     23:38 Türkiyədə rekord sayda yoluxma qeydə alınıb  |     23:30 Çadda icmalararası toqquşmalarda 14 nəfər ölüb  |     23:22 Gürcüstan Prezidenti: "Saakaşvilinin əfvi ölkədəki vəziyyəti pisləşdirəcək"  |     23:15 Yanvar üzrə bütün sosial ödənişlər başa çatdırılıb  |     23:08 YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI  |     22:59 BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası yanvarın 31-nə təyin edilib  |     22:53 Britaniya səfiri: "Qarabağ müharibəsindən sonra regionda əməkdaşlıq imkanları çoxalıb"  |     22:46 “Brent” markalı neft bahalaşıb  |     22:42 Portuqaliya Qran-prisi: Azərbaycan cüdoçusu finala yüksəlib  |     22:35 Rusiya veteranları Njde haqqında filmin nümayişi ilə bağlı Baş prokurora müraciət ediblər  |     22:29 Qubada şəhid bulağının açılışı olub  |     22:19 UEFA "Marsel" - "Qarabağ" oyunu üçün iki variant təklif edib  |     22:14 Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb  |     22:07 “Rosaviasiya” Tbilisi-Moskva reysinin ləğvi ilə bağlı açıqlama yayıb  |     22:01 Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub  |     21:55 Ukraynanın tanınmış boksçusu intihar edib  |    

Bakıda dizellə işləyən avtomobillər bahalaşmağa başladı – QİYMƏTLƏR
Bakıda dizellə işləyən avtomobillər bahalaşmağa başlayıb. Bunu Fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib.

O bildirib ki, ikinci əl avtomobil bazarında bu ilin əvvəlindən etibarən dizellə işləyən avtomobillər daha çox satılır. Buna da səbəb benzinin qiymətinin artmasıdır. Nəticədə dizellə işləyən 2000-ci illərə aid köhnə E və C klass “Mercedes” və Opel modellərindən qiyməti 10-20% arasında artıb:“Məsələn, dekabrda 11-12 min manata satılan “Mercedes E 240” indi12500-14000 manata təklif edilir.Başqa sözlə,1500-2000 manat bahalaşma müşahidə edilir”.

8-9 min manata satılan “Mercedes C”nin isə qiyməti indi 10-11 min manata kimi qalxıb. 

V.Hüseynov bildirib ki, bahalaşma Azərbaycanda məşhur olan Hyundai və Kia modellərinə aid deyil. Çünki bu markalara aid dizellə təhciz edilən avtomobillərdə bir neçə ildən sonra problem yaranır. Ona görə də bu markalara aid dizellə işləyən avtomobillərə maraq azdır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 324 23.01.18 12:51