Neftçalada Azərbaycan Ordusunun şəhid olan əsgəri bu gün dəfn olunacaq - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Neftçalada Azərbaycan Ordusunun şəhid olan əsgəri bu gün dəfn olunacaq - FOTO
 Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov bu gün dəfn olunacaq.

“Report”un Aran bürosu xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında torpağa tapşırılacaq.

Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısının, ictimaiyyət nümayəndələrinin, kənd sakinlərinin, şəhidin hərbçi yoldaşlarının və xidmət etdiyi hərbi hissəsinin zabitlərinin iştirakı gözlənilir.




скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 446 20.01.18 13:30