Mojo.az Banner
23:01 Suriyada amerikalı hərbçilər və tərcüməçi öldürülüb, yaralılar var  |     22:55 Qazaxda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:45 Astarada gəlin qayınanası və baldızını qaynar çayla yandırdı  |     22:28 Fransa “Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi olub - VİDEO  |     22:19 Masazırın illərdir yararsız vəziyyətdə olan yolları: Problem niyə həllini tapmır?  |     22:10 Erməni spiker iştirakçımıza uğurlar arzuladı - VİDEO  |     21:57 “Uşaq Avroviziyası 2025” müsabiqəsinin finalı başlayıb  |     21:36 Xəzər dənizində zəlzələ baş verib  |     21:25 Tahir İmanov 26 minlik plaşı ilə gündəmə gələn icra başçısını parodiya etdi - VİDEO  |     21:13 Yanğında anasını itirən Ləman palataya köçürüldü  |     21:02 Ağadadaş Ağayev: "Qurban Qurbanovdan incimişəm, ondan heç nə istəmirəm, zəng etsin, səsini eşidim"  |     20:52 Taksi sürücüsü həbs edildi - Hava limanından müştəri götürübmüş  |     20:32 Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi (VİDEO)  |     20:10 Bəzi rayonlarda güclü külək əsir - FAKTİKİ HAVA  |     19:48 Moskva yaxınlığında təyyarə qəzaya uğrayıb  |     19:15 Lukaşenko 123 məhbusu əfv edib  |     18:46 Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU  |     18:23 Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü (Video)  |     18:08 La Liqada ən bahalı futbolçuların adı məlum oldu  |     17:49 Azərbaycan boksçusu ermənəsilli rəqibinə qalib gələrək dünya çempionu oldu  |    
Left Banner
Right Banner

DİN “Kürd Vüqar”ın törətdiyi qətllə bağlı məlumat yayıb

18.01.2018 14:16 2 744
DİN “Kürd Vüqar”ın törətdiyi qətllə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən oxu.az-a verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.

Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib.
M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb. 

V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Xatırladaq ki, “Kürd Vüqar” kimi tanınan Vüqar Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirən Fəadail Hüseynovun qardaşıdır.скачать dle 11.3