Könül Xasıyeva həyat yoldaşından danışdı: "Cəmi 6 ay yaşadıq" (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Könül Xasıyeva həyat yoldaşından danışdı: "Cəmi 6 ay yaşadıq" (VİDEO)

“Həyatımda bir kişini sevmişəm, o da həyat yoldaşımdır. Sevib evlənmişəm. İndi də sevirəm və ölənə qədər də sevəcəyəm”.

Bunu xalq artisti Könül Xasıyeva Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni axtarıram” verilişinə müsahibəsi zamanı deyib.

Həyat yoldaşı ilə bağlı açıqlamalar verən xalq artisti hazırda onunla birlikdə yaşamadığını deyib.

“Bir yerdə yaşamırıq, ayrılmışıq. Onun barəsində deyə bilərəm ki, çox yaxşı, ləyaqətli oğlandır. Özüm ona demişəm ki, get həyatını qur, yaşa”, - deyə Könül Xasıyeva qeyd edib.

Xalq artisti eyni zamanda bildirib ki, həyat yoldaşı onu xəstələnməzdən əvvəl tərk edib.

“Onunla yollarımız ayrılanda mən hələ xəstələnməmişdim. Xəstələnsəydim, o, məni qoyub getməzdi. Hər dəfə balası Kazımla maraqlanır. Kazım da onu çox sevir, onunla nəfəs alır. Həyat hər kəsə bir cür nəsib olur. Biz onunla birlikdə cəmi 6 ay yaşadıq”, - deyə Könül Xasıyeva bildirib.//baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 318 18.01.18 13:31