Gəncə aeroportunda biabırçılıq: sərnişinlər ayaqyolu əvəzinə ağaclığa göndərilir (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Gəncə aeroportunda biabırçılıq: sərnişinlər ayaqyolu əvəzinə ağaclığa göndərilir (FOTO)

"Gəncə Beynəlxalq Hava Limanında sərnişinlərə göstərilən xidmət səviyyəsi olduqca aşağıdır. Səhər reysi ilə uçuş üçün 7-dən tez gələnlər qapıda saxlanılır".

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Elkin Xəlilov öz "Facebook" səhifəsində yazıb. O, vaxtından əvvəl getdiyi üçün soyuq havada aeroportun bağlı qapıları arxasında qaldığını, ayaqyolu əvəzinə mühafizəçinin ona ağaclığı göstərdiyini, hava limanının şəxsi mülk kimi işlədildiyini, həmçinin yüklərin aeroport işçiləri tərəfindən qanunsuz şəkildə açıldığını qeyd edib: 
 
"Mühafizəçinin otağına yaxınlaşdım ki, tualetə getmək istəyirəm. Yəqin ki, açıq tualet olar. Dedi o da bağıdır. Özünü ver ağaclığa. Burda özümü saxlaya bilmədim. Dedim, a kişi, nə danışırsan, nə ağaclıq? Bura ölkənin ikinci böyük şəhərinin aeroportudur. Ölkəyə gələn turistlərə də belə deyirsiniz? Dedi ki, vallah belədir. Elə mən özüm də gedirəm ağaclıq tərəfə...
 
Halbuki, Gəncə ən qədim tarixə malik şəhərlərimizdən biridir, Cümhuriyyətin ölkədə olan ilk paytaxtıdır, böyük sənaye şəhərdir. O boyda şəhərin aeroportunu obyekt kimi işlədirlər, saat 7-də açıb, axşam da bağlayırlar".

Bundan əlavə jurnalist Gəncə Beynəlxalq Hava Limanının normal bir sosial şəbəkə hesabının, e-mail adresinin və web saytının olmadığını bildirib. Dövlət qurumunun e-mail ünvanının "mail.ru" saytında açılması, həmçinin "@" işarəsinin (AT) şəklində yazılması isə sosial şəbəkə istifadəçiləri arasında tənqid olunub və savadsızlıq kimi göstərilib. "Aeraport-genja"nın isə hansı anlam daşıdığı isə məlum deyil. Azərbaycan dilində "aeraport" sözünün ikinci hərfinin o ilə yazıldığı hər kəsə məlumdur, həmçinin Gəncə şəhərinin adı isə beynəlxalq dildə "Ganja" yazılır ki, bu da heç bir çərçivəyə sığmır. (Aeroport haqqında məlumatlar isə ganja.az saytında yerləşdirilib - red.)
 
Məsələnin xırdalıqlarına çox da varmadan, bircə suala cavab tapmaq istərdik. Hava limanı saat 7-də açılıb, axşam saatlarında bağlana bilərmi?


Aeroportun məlumat bürosunun əməkdaşı Ceyran Əliyeva da bu problemin olduğunu və axırıncı reys uçandan sonra qapıların bağlandığını, səhər erkən gələn sərnişinlərin soyuqda gözləmək məcburiyyətində qaldıqları faktını təsdiqləyib: "Aeroport axırıncı reys uçandan sonra bağlanır. Məsələn, bu gün saat 18:00-da bağlanacaq. Səhər reysindən öncə gələnlər aeroport açılana qədər ya maşında gözləyirlər, ya da çox vaxt soyuqda qalmalı olurlar. Gəncədə belədir. Çox adam gələndə təəccüblənir ki, hava limanı beynəlxalq səviyyəlidir, amma necə olur ki, 24 saat işləmir?!"
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 260 16.01.18 15:14