Лондон
C

CAR klubu “Qarabağ”dan 2,5 milyon dollar istəyir

“Qarabağ” Çin klubuna satdığı Dino Ndlovunun yerinə Zimbabve millisinin hücumçusu Xama Biliatı almaq istəyir.

Oxu.Az Zimbabve mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi iyunadək CAR-ın “Mamelodi Sandaunz” klubu ilə müqaviləsi olan Biliat üçün artıq qarşı tərəfə təklif göndərib.

“Qarabağ” Biliata aylıq təxminən 500 min CAR randı (69 min manat – S.T.) təklif edir.

CAR klubu isə oyunçunu ölkədən kənar xarici kluba satmaqda maraqlıdır. Lakin Afrika klubu “Qarabağ”dan bu transfer üçün 2,5 milyon dollar istəyir. Hazırda “Qarabağ” bu məbləğin aşağı endirilməsi üçün danışıqlar aparır.

Futbolçunun özü də komandadan ayrılmaqda istəklidir. Çünki baş məşqçi Pitso Mosimane 27 yaşlı futbolçunu əsas komandada oyun üzünə həsrət qoyub. Futbolçunun təmsilçisi Corc Deda da açıqlayıb ki, tərəflər şəxsi müqavilədə razılığa gəliblər.

Qeyd edək ki, Xama Biliat ikinci hücumçu qismində və ya cinahlarda oynamağı bacarır. O, Zimbabve millisində 26 oyuna yeddi qol vursa da, noyabrda Lesoto və Namibiya ilə yoldaşlıq oyunlarına çağırılmayıb. Billiat hazırkı klubu ilə iki dəfə (2013/14 və 2015/16) CAR çempionu, eləcə də, Afrika Çempionlar Liqasının (2016) və Afrika Superkubokunun (2017) qalibi olub. скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев