Azərbaycanda evlənmək istəyən 16 min nəfərdə xəstəlik tapılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |    

Azərbaycanda evlənmək istəyən 16 min nəfərdə xəstəlik tapılıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 31 dekabr 2017-ci ilə kimi müayinədən 364 284 nəfər keçib.

Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib ki, indiyə qədər tibbi müayinədən keçmiş 14074 nəfərdə talassemiya daşıyıcılığı, 1333 nəfərdə sifilis, 282 nəfərdə isə QİÇS aşkarlanıb.

Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 131 olub.

Direktor qeyd edib ki, 2017-ci il ərzində 135 990 nəfər tibbi müayinələrə cəlb edilib: “Onlardan 3891 nəfərdə talassemiya daşıyıcılığı, 449 nəfərdə sifilis, 119 nəfərdə isə QİÇS qeydə alınıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 41-dir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 169 10.01.18 17:26