Yüzlərlə azərbaycanlı Ukraynada etiraz edir – CANLI YAYIM » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Yüzlərlə azərbaycanlı Ukraynada etiraz edir – CANLI YAYIM

Kiyevdə Azərbaycan icmasının 150-yə yaxın üzvü Daxili İşlər Nazirliyi binası qarşısında etiraz aksiyası keçirir.

Oxu.az-ın əldə etdiyi məlumata görə, azərbaycanlılar yerli hüquq-mühafizə orqanlarının diaspora təzyiqlər göstərən və onun nümayəndələrini oğurlayan cinayətkarlara qarşı tədbirlər görməsini tələb edir.

Mitinq iştirakçılarının sözlərinə görə, cinayətkarlar heç də güc strukturlarından qorxmur. Məlumata əsasən, Ukraynada ümumilikdə 20-dən çox azərbaycanlı oğurlanıb; onların bir neçəsi Ukraynada bizneslə məşğul olan iş adamlarıdır.

Aksiya iştirakçıları əllərində “Ukraynaya investisiya qoymaq istəyirəm, ancaq bu təhlükəlidir”, “90-cı illərə qayıdırıq”, “Biz Ukraynada quldurluğa qarşı çıxırıq. Bizim uşaqları qoruyun!” və digər yazılı plakatlar tutub.

Qeyd etmək lazımdır ki, son zamanlar Ukraynada qətl hallarının sayı artıb; azərbaycanlılara qarşı sui-qəsdlər müşahidə olunur, onlar tez-tez qarət olunur; azərbaycanlı sahibkarların təsərrüfat obyektlərinə hücumlar həyata keçirilir; Kiyev və Ukraynanın digər bölgələrində diaspor fəallarına inzibati qaydada təzyiqlər göstərilir.

Bu kimi hallar Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi narahatlığa səbəb olur. Bir çox ailələr itkin düşən qohumları haqqında hələ də bir xəbər ala bilməyib, cinayətkarlar ifşa olunmayıb, heç kim cəzalandırılmayıb.

Bundan savayı, bir ay əvvəl azərbaycan əsilli Ukrayna vətəndaşı da oğurlanıb - ailəli olan həmin sahibkar barəsində heç bir məlumat yoxdur.

Ukraynada yaşayan azərbaycanlılar başda nazir Arsen Avakov olmaqla, ölkənin Daxili İşlər Nazirliyindən onların konstitusiya hüquqlarının qorunmasını, cinayətkarların ifşa olunmasını və Ukraynada quldurluğa qarşı ciddi mübarizənin aparılmasını tələb edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 057 10.01.18 16:09