Bakı məktəblərində müəllimlərə şok yeni il "sürprizi": Səs yazısı yayıldı (AUDİO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |    

Bakı məktəblərində müəllimlərə şok yeni il "sürprizi": Səs yazısı yayıldı (AUDİO)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeçiliyində olan məktəblərdə müəllimlərin maaşı 50% kəsilib.

Bu barədə Baku.ws-ə Yeni il bayramı ərəfəsində əmək haqqları kəsilən müəllimlər bildiriblər.

Onların sözlərinə görə, müəllimlərin əmək haqqı əsassız şəkildə bir hissəsi ödənilməyib.

Şikayətçi müəllimlər bildirir ki, bu barədə məktəb direktorlarına işçilərinin əmək haqlarının kəsiləcəyi təqdirdə şikayətə qalxan müəllimləri nəzarətdə saxlamaq və bu halların qarşısını almaqla məsələnin ictimailəşdirirlməməsi tapşırığı verilib.

“Maaşların böyük bir hissəsinin kəsiləcəyi barədə rəsmi heç bir əmr və məlumat olmasına baxmayaraq, dekabr ayında verilən maaşda müəllimlər sürprizlə qarşılaşıblar. Yeni il hədiyyəsi olaraq, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tabeçiliyində olan bütün məktəblərdə müəllimlərin maaşını demək olar ki tam yarısı kəsilib. Səbəb olaraq, büdcədə pulun olmaması əsas göstərilib. Yaranmış vəziyyətdən narazı qalan müəllimlərin müxtəlif orqanlara kütləvi şəkildə şikayət etməsi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalovu narahat edib. Bu səbəbdən rəisin tapşırığına əsasən musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva whatsapp vasitəsilə direktorlara səs yazısı ilə müraciət edib. Səs yazısından da göründüyü kimi Bətulə Məmmədəliyeva sektor müdiri olmasına baxmayaraq, nazirin və rəisin adından rahatlıqla göştəriş verir. Bu isə onun bu işlərdə tam yaxından iştirak etdiyinə işarədir”, - deyə adının açıqlanmasını istəməyən müəllimlərdən biri qeyd edib.

Şikayətlə bağlı Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə əlaqə saxladıq. Lakin idarədən məsələ ilə bağlı sorğu göndərilməsini tələb etsələr də sorğuya heç bir cavab verilmədi.

Bətulə Məmmədəliyeva whatsapp vasitəsilə direktorlara göndərdiyi səs yazısını təqdim edirik.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 792 10.01.18 13:57