Röya: Oğlum atasına oxşayır – MÜSAHİBƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:00 Konqoda meymunçiçəyi epidemiyası elan edilib  |     16:35 İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO  |     16:31 Sabiq baş məşqçisi Hafiz Əliyev vəfat etdi  |     16:30 Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirilib  |     16:19 Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO  |     16:01 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış  |     15:50 Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO  |     15:48 Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb  |     15:47 Sadır Japarov: “Birgə Bəyannamə iki ölkə arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir”  |     15:46 Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək  |     15:41 Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında  |     14:27 Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib  |     13:26 Xuliqanlıqda ittiham olunan MMA döyüşçülərindən biri azadlığa buraxıldı  |     13:12 Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar  |     12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |    

Röya: Oğlum atasına oxşayır – MÜSAHİBƏ

Əməkdar artist Röya Ayxanın boş vaxtından istifadə edib, qaçaqaçın içində oğlu Hüseynin məktəbinə yollandıq.

Yolboyu onunla oğlu haqqında qısa söhbət etdik.

Median.Az həmin müsahibəni təqdim edir:

– Hüseyn gözümüzün qarşısında böyüdü. Artıq ikinci sinfə gedir...

– Çox xoşbəxtəm ki, evimdə oğlum böyüyür. Bu gün mən dünyanın ən xoşbəxt anasıyam. Hərdən məni yuxudan ingilis dilində dediyi şeirlərlə oyadır. Dərslərini yaxşı oxuyur. Allahıma gecə-gündüz dua etsəm, azdır. Tanrı bütün anaları öz balasından sevindirsin.

Röya: Oğlum atasına oxşayır – MÜSAHİBƏ


– Bildiyim qədərilə, bir neçə dil bilir...

– Bəli, artıq Azərbaycan dilini də sərbəst öyrənib. Rus, ingilis və fransız dillərində danışır.

– Oğlunuza yetərincə zaman ayıra bilirsiniz?

– Hüseyn bilir ki, anası müğənnidir. Zamanımın çoxunu səhnədə, studiyada, çəkilişlərdə keçirirəm. İşimlə əlaqədar tez-tez səfərlərdə oluram. Amma Hüseyn bunu anlayışla qarşılayır. Çünki dünyaya o mühitdə göz açıb. Mən də bütün qalan vaxtlarımı Hüseynlə keçirirəm. O, mənimlə yaşadığına görə xüsusi günlərdə, bayramlarda, məktəb yığıncaqlarında həmişə oğlumun yanında oluram.



– Hüseyn atasına daha çox oxşayır, yoxsa sizə?

– Hər ikimizin xasiyyətindən bir az götürüb. Məsələn, atası kimi bütün günü futbola baxır (gülür). Qonaq, dosta dəyər verməsi məsələsində isə eynilə mənə çəkib. İstəyir ki, dostları gəlsin, əylənsin. Birlikdə vaxt keçirsinlər.

– Evdə gəlib bəh-bəhlə bəhs etdiyi qız sinif yoldaşı var?

– Yox, sinif yoldaşlarının valideynləri ilə sıx münasibətimiz var. Adətən, məktəbdə nə olub, bitir, kim hansı dərsdə, necə reaksiya verib deyə müzakirələr edirik. Məsələn, Burhanın (Hüseynin sinif yoldaşı – red.) anası deyir ki, Burhan evə gəlib, hansısa qızdan danışır. O, hansı dərnəyə yazılıbsa, Burhan da həmin məşğuliyyəti seçir. Amma dediyim kimi, mənim oğlum belə şeylərə baş yormur (gülür).



– Gələcəkdə onun həyat yoldaşı seçiminə qarışmağı düşünürsünüz?

– Qətiyyən, oğlum kimi seçsə, onunla da ailə həyatı quracaq.

– Hüseynin arzuları nələrdir?

– Ən böyük arzusu ABŞ-da oxumaq və oranın prezidenti olmaqdır (gülür). Ona deyirəm ki, hər kim olursansan ol, ən önəmlisi, insan ol.



– Röya bir ana kimi özünü necə tərənnüm edir?

– Nə vaxt ki, övladım, öz ailəsinə, dostlarına, ən vacibi, vətəninə, yaşadığı ölkəyə lazımlı və layiqli insan olacaq, bax, o zaman deyəcəyəm ki, mən anayam.
















Mənbə: oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 095 10.01.18 13:40