Deputatların maaşlarının artması xəbəri yalan çıxdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:08 Zabratda avtomobil maneəyə çırpılıb, gənc qız xəsarət alıb  |     19:54 Taxta bazarına nə qədər ziyan dəyib?  |     19:48 İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var  |     19:17 Bakıda hoteldə yanğın başlayıb  |     19:00 Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”  |     18:48 Azərbaycan və Pakistan iki saziş hazırlayır  |     18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |    

Deputatların maaşlarının artması xəbəri yalan çıxdı

Millət vəkillərinin əməkhaqlarında 800 manat artımın baş verməsi haqqında deyilənlər təsdiqini tapmayıb.

Bu gün bəzi media orqanlarında deputatların məvaciblərində artımın baş verdiyi haqda məlumatlar yayılıb.

Amma bununla bağlı xəbərlər rəsmi təsdiqini tapmayıb, parlamentdən bu yöndə iddiaların həqiqətə uyğyun olmadığı vurğulanıb.

Daha doğrusu, parlamentin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı mətbuata açıqlamasında iddia edib ki, deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır.

“Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əməkhaqqında isə heç bir artım yoxdur…”, - deyə o sözlərinə əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 845 08.01.18 16:06