17:07 Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub  |     16:55 Prezident Aleksandr Şarovski ilə bağlı sərəncam imzaladı  |     16:32 Türkiyəyə yardım aparan Sərvərə bahalı maşın hədiyyə edildi  |     16:05 Narkoloji xəstə məhkumların videogörüş keçirmələrinə icazə veriləcək  |     15:40 DVX-nin vəzifəli şəxslərinin geyim formalarının yeni tələbləri müəyyən edilib  |     14:33 Naxçıvanda xəstəxanalar Türkiyədə zəlzələdə zərərçəkənlərin müalicəsi üçün hazır vəziyyətdədir  |     14:05 Azərbaycan yazıçılarının əsərlərini tərcümə edən şəxs ailəsi ilə birlikdə zəlzələdə həlak olub  |     13:51 Azərbaycan nefti bahalaşıb  |     13:39 Ölkə ərazisində hava yağıntılı olub, bəzi yerlərdə qar yağıb - FAKTİKİ HAVA  |     13:20 ABŞ-də yaşayan azərbaycanlılar Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplayırlar - VİDEO  |     13:06 Bakıda sığınacağa yerləşdirilmiş 17 yaşlı qız itkin düşüb  |     12:48 Bakıda polis maşını qəzaya düşdü  |     12:47 Heydər Əliyev Fondu Türkiyəyə yenə yardım yollayacaq  |     12:45 FHN-in xilasediciləri Türkiyədə 37 nəfəri dağıntılar altından sağ çıxarıblar - VİDEO  |     12:42 Düşənbədə bütün çoxmərtəbəli binaların zəlzələyə davamlılığı yoxlanılacaq  |     12:39 Rusiyalı müğənni ABŞ-nin sanksiyalar siyahısından çıxarıldı  |     12:38 “Charlie Hebdo”nun Türkiyədəki fəlakətlə bağlı karikaturası “faşist yumorunun” təzahürüdür  |     12:35 Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı - VİDEO  |     12:23 Qardaşımızın dərdinə riyakarcasına gülən ermənilər: “Yardımı zəhərləyib göndərməli idik” - VİDEO  |     12:10 Suriyada zəlzələdə ölənlərin sayı artmaqda davam edir: SON VƏZİYYƏT  |    
Broyler fabrikinin 7 işçisi həbs edildi
Bu il yanvarın 4-də Neftçala şəhəri ərazisindəki quşçuluq fabriklərinin birindən xeyli sayda cücənin oğurlanması barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət daxil olub.

Daxili İşlər Nazirıliyindən oxu.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu fabrikə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla ötən ilin dekabrın 21-dən cari il yanvarın 4-dək olan müddətdə ASC-yə məxsus quşbəsləmə sexindən 743 cücənin oğurlanması məlum olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətin üstü qısa müddətdə açılıb.

Oğurluqda şübhəli bilinən şəxslər - Cəmiyyətin işçiləri, Neftçala rayon sakinləri Vahid Hadıyev, Babək Əkbərov, Pərvin Qurbanov, Səyavuş Novruzov, Abbas Göyçayev, Etibar Rüstəmov və Xəyal Abbasov saxlanılıblar. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 815 06.01.18 14:58