Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Bütün dünyada axtarılan azərbaycanlı qadınlar - FOTO

05.01.2018 18:01 4 275
Bütün dünyada axtarılan azərbaycanlı qadınlar - FOTO
Bu günə qədər müxtəlif cinayətlər törətmiş 31 azərbaycanlı qadın İnterpol xətti ilə axtarışa verilib.

Median.Az
xəbər verir ki, azvision.az-ın apardığı araşdırmaya əsasən, axtarışa verilən qadınlardan ən qocamanı 71 yaşındadır. 1946-ci il təvəllüdlü Fatimat Zairbəyova külli miqdarda mənimsəmə, qaçaqmalçılıq, saxtakarlıq və yalan informasiya verməkdə təqsirli bilinir.

Digər cinayətkar - 70 yaşında olan 1947-ci il təvəllüdlü, Masallı rayon sakini Rəna Həsənova fırıldaqçılığa görə axtarışa verilib.

İnterpol vasitəsilə axtarılan Almara Hüseynovanın isə 69 yaşı var. 1948-ci il təvəllüdlü, Naftalan şəhər sakini olan A.Hüseynova bir qrup şəxs tərəfindən mütəşəkkil fırıldaqçılıqda ittiham olunur.

Beynəlxalq miqyasda axtarılan azərbaycanlı qadınların ən cavanı 33 yaşındadır. 1984-cü il təvəllüdlü Qızqayıt Hacıyevanın barəsində insan alverinə görə axtarış elan edilib.

Ümumilikdə isə İnterpol vasitəsilə axtarılan azərbaycanlı qadınların əksəriyyəti insan alverçiləridir. Onlar eyni əməli təkrar törətməkdə, qadınları pul müqabilində müxtəlif ölkələrdə satmaqda ittiham olunurlar. Bundan əlavə, xuliqanlıq, saxta sənədlərdən istifadə, oğurluq faktları ilə axtarışda olanlara da rast gəlmək mümkündür.



Son xəbərlər