Zakir Həsənov tank bölmələrinin döyüş hazırlığını yoxladı – FOTO » Median.Az News Agency


Zakir Həsənov tank bölmələrinin döyüş hazırlığını yoxladı – FOTO
Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank bölmələrində olublar.

Bu barədə oxu.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Zirehli texnikaların döyüş qabiliyyəti və tətbiqi imkanlarını yoxlayan nazirə məruzə olunub ki, silahlanmada olan bütün hərbi texnika döyüşə hazır vəziyyətdədir.

Müdafiə naziri zirehli texnikalarda atış və sürücülük çalışmalarının öyrənilməsi üçün nəzərdə tutulmuş trenajor kompleksində təlim-məşq qurğularına baxış keçirib və mərkəzin tədris imkanlarını yüksək qiymətləndirib.

Bildirilib ki, təlim mərkəzində trenajorlar vasitəsilə zirehli texnikaların idarə olunması və döyüş tətbiqi üzrə praktiki vərdişlər təkmilləşdirilir.

Burada məşq edən şəxsi heyətlə görüşən general-polkovnik Z.Həsənov Ali Baş Komandanın bayram təbriklərini şəxsi heyətə çatdırıb və fərqlənənləri dövlət başçısı adından mükafatlandırıb.

Министр обороны проверил боеготовность танкистов на передовой – ФОТО









скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 573 27.12.17 12:09