Zakir Həsənov ön cəbhədə – FOTO » Median.Az News Agency


Zakir Həsənov ön cəbhədə – FOTO
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti düşmənlə qarşıdurma xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb.

Bu barədə oxu.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat şəraiti barədə məruzə edildikdən sonra müdafiə naziri səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət şəraiti ilə maraqlanıb.

Daha sonra general-polkovnik Z.Həsənov ön xətdə xidmət edən hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Qarşıdan gələn bayramlar münasibətilə Ali Baş Komandanın təbriklərini şəxsi heyətə çatdıran müdafiə naziri dövlət başçısı adından xidmətdə fərqlənənlərə mükafatlar və bayram hədiyyələri təqdim edib.

Ali Baş Komandanın Azərbaycan ordusu qarşısında qoyduğu tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Закир Гасанов на передовой – ФОТО








скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 050 26.12.17 12:15