Silahlı Qüvvələrdə dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir » Median.Az - Bütün xəbərlər bir ünvanda


Silahlı Qüvvələrdə dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir
Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatları (QHT) və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 5-ci (Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri) maddəsində əksini tapıb.

Maddədə bildirilir ki, Silahlı Qüvvələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir.

Qanunun hazırda qüvvədə olan variantının müvafiq maddəsi isə belədir: Azərbaycan Respublikasının Silahlı Qüvvələrində siyasi məqsədlər daşıyan hər hansı təşkilatların və həmkarlar ittifaqlarının fəaliyyətinə yol verilmir.

Yeni qanun layihəsi ikinci oxunuşda Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          896 12.12.17 16:44