Ali Hərbi Məktəbin kursantları həyəcan siqnalı ilə ayağa qaldırıldı – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ali Hərbi Məktəbin kursantları həyəcan siqnalı ilə ayağa qaldırıldı – FOTO
Döyüş hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) dördüncü kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl çıxışı başlayıb.

Müdafiə Nazirliyindən oxu.az-a verilən məlumata görə, tədris prosesinin təqvim qrafiki əsasında icra olunan çöl çıxışının əsas məqsədi praktiki dərslərdə atəş vasitələrindən istifadə etməklə tapşırıqların vaxtında yerinə yetirilməsi, eləcə də, döyüş texnikasının düzgün istismarı qaydalarının və döyüşdə bölmələrin inamla idarə olunması bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

Səhra şəraitində keçiriləcək məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar olunması və onların atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif döyüş vasitələri nümunələrindən istifadə vərdişləri və digər tapşırıqları icra edəcəklər.

Ali Hərbi Məktəbin kursantları həyəcan siqnalı ilə ayağa qaldırıldı – FOTO






скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 007 28.11.17 14:26