Deputat: 2019-cu ildən icbari tibbi sığorta bütün ölkədə tətbiq edilə bilər -YENİLƏNİB » Median.Az News Agency


Deputat: 2019-cu ildən icbari tibbi sığorta bütün ölkədə tətbiq edilə bilər -YENİLƏNİB
“Artıq bir neçə aydır ki, Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinə başlanılıb”.

Median.Az
APA-ya istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov deyib.

Şöbə müdirinin sözlərinə görə, bu ilin əvvəlindən pilot layihələrin həyata keçirildiyi rayonlarda əldə edilən nəticələr müsbətdir: “Səhiyyənin maliyyələşməsində yeni mexanizmlərin tapılması hesabına tibbi sığortanın tətbiqi əhali arasında çox müsbət qarşılanıb”.

M. Ələkbərov qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi ilə bağlı bir çox dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmalıdır.\

* * * *

2019-cu ildən icbari tibbi sığorta sisteminin bütün ölkədə tətbiqindən danışmaq olar.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin deputatı Musa Quliyev bildirib: "Mingəçevir və Yevlaxda aparılan pilot layihələr göstərir ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqini davam etdirmək olar. Gələn ildən onun əhatə dairəsinin genişlənəcəyi gözlənilir".

Millət vəkili əlavə edib ki, ümumilikdə icbari tibbi sığorta sisteminin özünü doğrultması üçün 4-5 il vaxt lazımdır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 886 27.11.17 12:51