Zakir Həsənov açılış etdi – FOTO » Median.Az News Agency


Zakir Həsənov açılış etdi – FOTO
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmənin əsgər yataqxanasına, yeməkxanaya, tibb məntəqəsinə, sıra meydanına, idman şəhərciyinə, eləcə də, digər xidməti və inzibati otaqlara baxış keçirib.

Sonra müdafiə naziri döyüş növbətçiliyində dayanan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, eləcə də, taktiki-texniki xassələri ilə maraqlanıb.

Müdafiə nazirinə məruzə edilib ki, bölmənin sərəncamında olan müasir silah və döyüş texnikası bütün növ hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir.

Hava məkanının qorunması üzrə tapşırıqları yerinə yetirən bölmənin şəxsi heyətinin peşəkarlıq səviyyəsini və döyüş hazırlığını yüksək qiymətləndirən müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.

Закир Гасанов на открытии нового жилого комплекса – ФОТО







скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 972 22.11.17 16:26