Azərbaycanda uğurlu əməliyyat: Uşağa süni cinsiyyət orqanı tikildi » Median.Az News Agency


Azərbaycanda uğurlu əməliyyat: Uşağa süni cinsiyyət orqanı tikildi
Azərbaycanda daha bir nadir patalogiyalı uşaq doğulub.

Median.Az
Medicina.az saytına istinadən xəbər verir ki, uşağın cinsiyyət orqanı olmayıb.

Həkimlər yenidoğulmuşa apeniya diaqnozu qoyub.

APENİYA – cinsiyyət orqanının olmaması və sidik axarının düz bağırsağa açılması sindromudur. Bu, tibbi ədəbiyyatlarda belə dəqiq məlumatı olmayan patologiyadır.

Həkimlər oğlan olduğu dəqiqləşdirilən 2 aylıq körpə üçün yerli toxumalarından və Gortex adlanan materialdan süni cinsiyyət orqanı düzəldib.

Süni orqan uşaq cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən uşağa tikilib.

Əməliyyat zamanı sidik kanalı xayaların alt hissəsinə qədər gətirilib.

Toğrul həkimin dediyinə görə, süni orqan gələcəkdə uşağa heç bir narahatlıq yaratmayacaq, heç bir pozğunluq törətməyəcək, bu orqan, sadəcə, sidik ifrazında rol oynayacaq.

Uşağı daha 3 etaplı əməliyyat gözləyir ki, bundan sonra sidik kanalı bu orqanın ucuna çəkiləcək.

“Bəs bu uşaq gələcəkdə ata olmaq qabiliyyətinə malik olacaqmı” sualına cərrah “mümkündür” cavabını verib: “Xayalar normal inkişaf etdiyindən oradan sperm hüceyrələri götürülüb, süni mayalanma ilə pasiyentin ata olmasını təmin etmək olar”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 460 30.10.17 16:42