Tanınmış cərrah: İndi uşaqları stomatoloqlar sünnət edir » Median.Az News Agency


Tanınmış cərrah: İndi uşaqları stomatoloqlar sünnət edir
"Azərbaycanda sünnəti cərrahlar etsə, dərd yarı, stomatoloq, dermatoloq, hətta terapevt də sünnət edir. Deyir, 100 uşağı etmişəm, heç nə olmayıb. 100-də olmayıb, 101-də ola bilər. Elə bir patologiya, vəziyyət yaranar ki, uşağı xilas edə bilməzsən. O bir səhv bir uşağın gələcək həyatını təhlükəyə atacaq".

Median.Az
xəbər verir ki, bunu bir çox əməliyyatları ilə uşaq cərrahiyyəsində kifayət qədər uğurlar qazanan Mərkəzi Klinikanın Uşaq cərrahiyyəsi şöbəsinin uroloq cərrahı Fuad Hüseynov Medicina.az-a müsahibəsində deyib.

Uroloq cərrah uşaq sağlamlığı ilə bağlı çox aktual məsələlərə toxunub: "XXI əsrdə sünnətin, təbii ki, əməliyyatxanada, steril şəraitdə, komfortlu şəkildə və cərrah tərəfindən icrası daha məqsədəuyğundur, nəinki evdə, həyətdə və s. İndi dəbdir – lazerlə qansız sünnət reklamı gedir. Bu, bir uydurmadır. Dünyada belə bir texnika yoxdur ki, hər hansı orqanı, dərini kəsəsən, qan çıxmaya. Lazer sünnəti deyilən fikir absurddur.

Sünnət – uşaq uroloqu və uşaq cərrahı tərəfindən icra olunmalıdır. Valideynlər uşaq cərrahı ilə ümumi cərrahı ayırd etməyi öyrənməlidir. Belə görürəm ki, bu vəziyyət hələ bir müddət davam edəcək və nə yazıq ki, belə səhvlər nəticəsində uşaq ölümlərinin sayı da azalmayacaq.

Hələ də həkimlər əməliyyat, xəstə əldən çıxmasın deyə, valideynləri aldadır. Bu isə həkimlik yox, dəllallıqdır. Qarşımızda əngəllər çoxdur. Yaşlı nəsil gerçəkdən işini bilən gənc kadrları qəbul etməyənə qədər bütün çabalarımız əbəsdir".скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 159 25.10.17 12:23