Özü birinci qrup əlili, həyat yoldaşı xərçəng xəstəsidir » Median.Az News Agency


Özü birinci qrup əlili, həyat yoldaşı xərçəng xəstəsidir
Rasim Şahməmmədov xeyirxah insanlardan kömək istəyir

2010-cu ildə yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan Şəhməmmədov Rasim Eldar oğlunun xeyirxah insanların yardımına ehtiyacı var.

7 il bundan öncə baş verən qəza nəticəsində 4 nəfər vəfat edib, bir nəfərin həyatını isə xilas etmək mümkün olub. O, R.Şahməmmədovdur. Hərəkət etməkdə çətinlik çəkən Rasim bəy bu müdət ərzində yataq xəstəsidir. Onun əməliyyat olunması nəticəsində sərbəst hərəkət etməsi mümkündür. Əməliyyat olunması üçün isə ona 66 min dollar vəsait lazımdır.
“Mən, Rasim Şəhməmmədov 1979-cu ildə İsmayıllı rayonu, Diyallı kəndində anadan olub. Ailəliyəm, 1 yaşlı oğlum var. 2010-cu ildə keçirdiyim əməliyyat nəticəsində onurğam qırılıb. Yataq xəstəsi olmuşam. Birinci qrup əliləm. 140 manat təqaüt alıram. Aldığım təqaüd heç dərman pulumu ödəmir.

Həyat yoldaşım isə 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir. Hər 20 gündən bir kimya terapeya olunur. Bu müalicə üçün tibb müəssisəsinə 300 manat ödəniş edirik. Azətminatlı ailəyik.

Mənim əməliyyat olunmaqla normal həyata qayıtmağım mümkündür. Türkiyə və ya Almaniyada əməliyyat oluna bilərəm. Ailə vəziyyətimizi nəzərə alaraq xeyirxah insanlardan kömək istəyirəm”,-deyə R.Şahməmmədov bildirib.

Ona kömək etmək istəyənlər üçün onun bank hesabını təqdim edirik:
“Bank Respublika”
Hesab nömrə:
Rasim Sahmemmedov.
380194401952648101 AZN.
Səxsiyyət vəsiqəsinin seriyasi: AZE 15025549
381184001952648102 USD.
Əlaqə nömrəsi: Whatsapp +994555646277; +994505665825.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 216 11.09.17 14:56