Prezident göstəriş verdi: Myanma müsəlmanlarına 20 ton şəkər tozu, 10 ton mal əti... YARDIM » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Biləsuvarda avtomobildən külli miqdarda heroin aşkarlandı  |     22:24 Lənkəranda ev yanıb  |     22:14 Əsəb xəstəsi olan qadın oğlunu öldürdü  |     21:57 Direktor vəzifəsinə işə qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb  |     21:41 “Əgər yoluxma artarsa, SMS icazə bərpa edilməlidir” - AÇIQLAMA  |     21:19 Azərbaycan Türkiyə ilə birgə film və seriallar çəkəcək  |     21:04 “Alpin” əmtəə nişanlı 23,760 kiloqram sümüksüz dondurulmuş hind quşu məhsulu məhv edilib  |     20:47 Rusiyada kişi kürəkəninin qətlini sifariş verdi  |     19:13 39 yaşlı İbrahimoviç İsveç millisinə qayıdır  |     18:40 Tərtərdə oğurluq edən şəxslər ələ keçdilər  |     18:23 Ötən il edilən oğurluqların üstü açıldı  |     18:00 Agentlikdən xəbərdarlıq: Dalğanın hündürlüyü 7,5 metrə çata bilər  |     17:57 Azərbaycanda bu avtomobillər bahalaşacaq  |     17:56 “Oba” marketdə nöqsanlar aşkarlandı  |     17:54 DİN-dən 8 Martda aksiya keçirmək istəyən qadınlara - Xəbərdarlıq  |     17:53 Karxanada başına daş düşən fəhlə öldü  |     17:38 Azərbaycanda koronavirusa yoluxanların sayı artdı  |     17:36 Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu - FOTO  |     17:32 Cəbrayılın Papı kəndindən görüntülər - VİDEO  |     17:08 İtkin düşən iki yaşlı uşaq xilas edildi - FOTO  |    

Prezident göstəriş verdi: Myanma müsəlmanlarına 20 ton şəkər tozu, 10 ton mal əti... YARDIM
Myanmarda Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən bu gün Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilib.

APA-nın məlumatına görə, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə yol salınıb.

Fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə bildirib ki, Banqladeşdə sığınacaq tapmış Rohingya müsəlmanlarına ümumilikdə 100 ton humanitar yardım göndərilib: "Yardıma 20 ton şəkər tozu, 10 min litr qarğıdalı yağı, 10 min litr günəbaxan yağı, 10 ton qatılaşdırılmış süd, 10 ton mal əti konservi, 10 ton makaron, 10 ton vermişel və 20 ton un daxildir".

Qeyd edək ki, Myanmar ordusunun silahlı qruplaşmalarla mübarizə adı altında ölkənin Arakan bölgəsində yerli müsəlmanlara hücumları nəticəsində çoxlu sayda müsəlman öldürülüb. Onlarla kənd yandırılıb, on minlərlə müsəlman təhlükəsizlik məqsədilə ərazidən qaçmağa çalışır. Bölgədə humanitar fəlakət yaşanır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 375 08.09.17 14:56